Qadin.NET / Ayrılıq zamanı özünüzə verəcəyiniz suallar

Ayrılıq zamanı özünüzə verəcəyiniz suallar

Hər münasibətdə böyük-kiçik problemlər ola bilər. Əgər ayrılıq qərarına gəlmisinizsə, bu sualları özünüzə soruşmadan hərəkət etməyin. Bir münasibəti bitirmək hər kəs üçün fərqli nəticələr yaradır.

Ayrılıq zamanı özünüzə verəcəyiniz suallar

Əlaqənizə nöqtəni qoymadan əvvəl bu əlaqə üçün verdiyiniz əmək və səyləri düşünün. Sizcə nə qədər yetərliydi?

İkili əlaqələrdə bir problem olduğunda romantizimi zibilə atıb uzaqlaşmaq asan bir yoldur. Amma əgər hərəkət etdim və qarşılığını ala bilmədim deyirsinizsə, siz də haqlısınız.

Ayrılıq qərarı aldığınızda ətrafınızdıkıların sizə təsir edib etmədiyini bir düşünün. İnsanlar umumiyyətlə fikirlərinə hörmət duyduğu insanların söylədiklərindən cox təsirlənərlər. Əgər sizin də ətrafınızda belə bir yaxınınız varsa, ayrılıq qərarına təsir etmək ehtimalı böyükdür. Unutmayın, yalnız öz hisslərinizə güvənməlisiniz.

Ayrılıq zamanı özünüzə verəcəyiniz suallar

Əgər kədərli qərar almaqdan çox pis olursunuzsa, ayrılıq qərarını iki dəfə düşünün. Bir anlıq bir əsəblə aldığınız ayrılıq qərarı sizə lazımdırmı? Bəlkə bir neçə gün münasibətinizə fasilə verməklə hər şey əvvəlkindən daha da gözəl ola bilər.

Münasibətdə olan insana ehtiyacınız olan hər şeyi həqiqətən tanıda bildikmi?

Bu problemlərin cavabı olduqca əhəmiyyətlidir, çünki yaxşı bir ifadə tərzi qarşı tərəfin sizi daha yaxşı başa düşməsini təmin edər. Yaxşı bir ünsiyyət gücü olmayan cütlüklər həmişə yerlərində sayar və bir müddət sonra vəziyyət daha da gərginləşər. Onu qırmadan, mühakimə etmədən qarşınıza oturdun və problemlərinizi, ondan nə gözlədiyinizi izah edin. Əmin olun, o sizi başa düşəcəkdir!

Ayrılıq zamanı özünüzə verəcəyiniz suallar

Münasibətiniz sağlamdırmı, deyilmi, bir düşünün. Münasibətdə olduğunuz insan sizi nə qədər xoşbəxt edə bilir. Bunları özünüzə soruşmağınız lazım olan vacib suallardır.

Xoş vaxt keçirirsinizsə, birlikdə etdiyiniz gözəl vərdişləriniz varsa və onun yanında xoşbəxtsinizsə, bu ayrılıq qərarını bir dəfə də gözdən keçirin. Həqiqətən nə istədiyinizi bilirsinizmi? Ayrılıq qərarını bəlkə başınızda verdiniz, amma bu sizin həqiqi hisslərinizdirmi? Bəlkə ayrılıq sizin üçün bir həll yolu, amma ayrıldıqdan sonra qəti xoşbəxtliyə qovuşacağınızdan nə qədər əminsiniz, bu da çox əhəmiyyətlidir.

1 mart 2016
GO BACK