Qadin.NET / Kağız halva-11

Kağız halva-11

Kağız halva-11

Qara süd

Yuxuları qadınlar arxivləyər. Ta gənc qız ikən gördüyü yuxuları bir yerə yazmaq, bacısının hamilə ikən gördüyü yuxunu xatırlamaq və yuxular üzərindən təmasa keçmək qadınlara xas bir xüsusiyyətdir. Lakin çox qəribədir ki, yuxu əlaqə vasitələri qadınca olduğu halda, yuxu yozmaları kitablarının yazıçıları da, çap edənləri də həmişə kişilərdir.

***

Bir vaxtlar  jurnalda körpələrin analarını seçdiyinə dair bir məqalə oxumuşdum. Gülüb keçmişdim o zamanlar. Amma ki, indi bu fikirin mümkünlüyünə inanıram. Dünyada o qədər  bacarıqlı ana namizədin arasından məni necə və niyə  seçdiyini bilmirəm. Bəlkə də, çılğın bir qızsan. Mükəmməl, qüsursuz bir anadan xoşlanmırsan. Ya da məni məndən yaxşı tanıyırsan. Məndəki potensialı görürsən, əskiklərimi, zəifliklərimi aşmağa, xətalarımı düzəltməyə kömək edərsən. Bələdçim, ən böyük müəllimim olarsan.

***

Uşaq dünyaya gətirən qadın, qanını, mayasını və canından bir parça verməliydi körpəsinə; qorxularını deyil.

Med-Cezir

Uşaqlarıyla münasibətdə bir Tanrı olmağa çalışır analar. “Biz” adına danışmağı sevərlər. “Acdıqmı?” deyə soruşarlar. “Belə nadinclik etməyimizə baxmayın əmimiz, əslində çox sakit uşağıq” deyərlər. Alınan qərar, seçilən seçim onlara aid olduğu halda, ortada iki ayrı mənlik və yaddaş (uşaq və anası) deyil də, sonsuz bir bütünlük varmış kimi uşaqın varlığını öz varlıqlarına qatarlar.

Kağız halva-11

Şəhərin aynaları

Soruşulması lazım olan sual; “Nə üçün tarix boyunca daha çox qadın şair və ya yazıçı çıxmadı?” deyil. Əsas sual; “Necə oldu ki, o bir ovuc qadın şair və yazıçı bu şərtlərə baxmayaraq yenə də çıxa bildi?”

Pit palas

Hər insanın bir adı vardır. Allahın isə saysız adı var. Biz bunlardan ancaq 99-nu bilirik. Bir düşün, Allahın bu qədər adı varsa “O”-nun ruhundan üflədiyi bir insan necə adsız yaşayar?

Eşq

İşin sirri Hayyim adındaydı. Çünki Hayyim həyat deməkdir. İsim dediyin yavaş-yavaş yoğururdu insanı, özünə bənd edərdi. Hər isim bir başlanğıc deməkdir; hər başlanğıc isə ayrı bir yoldu hekayələr xəritəsində. Başqa seçimi olmadığı üçün deyil, olduğu halda insana yaraşan yaşamaqdır.

Araf

Ad dediyin, Hz.Adəmdən bu yana, onu daşıyanı gah yavaş-yavaş yoğurur; gah ovsunlu iplərlə bərk-bərk bağlardı. Ad dediyin, yüksəkdə uçanın belini bükəcək, alçaqdan keçənin boynunu ucaldacaq; pərvazsıza pərvaz, qorxusuza qorxu qatacaq qədər qüdrətli idi.

Med-Cezir

Daxilimin tünellərinə girər-girməz əlimə bir fənər alıram. Buralar çox qarışıqdır. Neçə dəfə gəldim, amma yenə də itirəm.

***

Şəriət deyir ki: “Səninki sənin, mənimki mənim”. Təriqət deyir ki: “Səninki sənin, mənimki də sənin”. Mərifət deyir ki: “Nə mənimki var, nə səninki”. Həqiqət deyir ki: “Nə sən varsan, nə mən”.

26 aprel 2015
GO BACK