İlk görüş həyatımızda heç vaxt unutmadığımız, daim həyəcanla xatırladığımız hadisədir. Hörmətli Qadin.net istifadəçiləri, məncə, sizlərin sevdiyinizlə ilk görüşünüz haqqında bilmək hamımıza maraqlı olardı. Sizi harda görüb, necə bəyənib, necə seviblər? Siz hansı hissləri keçirtmisiniz? Gəlin birlikdə həmin gözəl anlara qayıdaq:
Mən bizim ilk tanışlığımız haqqında onu deyə bilərəm ki, qonşuda qız vardı. Xınası idi.Məni də dəvət etmişdi. Heç istəmirdim gedim, amma bəzənib getdim. Qəşəng keçdi. Şəkil də çəkdirdim. Üstündən 5 ay keçmişdi. Qızın anası zəng etdi ki, qızı məndən soruşublar. Ailəm maraqlandı; "Yaxsı ailədi", dedilər. Mən də razılaşdım. Amma dedim, gərək oğlanı görüm. Oğlan məni şəkildə görüb bəyənib.(Heç bilmirdim necə düşmüşəm şəkildə. Sonra özündən soruşanda ki, necəydim şəkildə?, dedi qəşəng idin, amma həyatda lap qəşəngsən)
Mənsə onu görməmişdim.Dedilər gedib hardasa görüşün və beləcə oğlanı görmüş olarsan. Getmədim heç yerə. Dedim ki, evdə qalmamışam ki, gedim oğlana baxım. Gəlsin bizim həyətə pəncərədən baxaram. Bəyənsəm "hə" deyəcəm, bəyənməsəm təbii ki "yox". Elə də oldu. Pəncərənin qabagına gəlmişdi. Mən də doyunca baxdım. Elə o andaca vuruldum. Daha doğrusu “SEVDİM”.İndi hər o pəncərədən baxanda eynilə həmin hissləri yenidən keçirirəm.
Mən bizim ilk tanışlığımızdan yazdım, indi növbə sizindir, əziz Qadin.netlilər