Bu dünyada hər şeyin və hər vəziyyətin bir rəngi var.
- Səmanın rəngi mavidir,
- Təbiətin rəngi yaşıl,
- Həyacanlandığımız da ürəyimizin enerji halqasındakı rəngi narıncıdı.
- Utandıqımızda rəngimiz qırmızı olur,
- Sakitliyin rəngi ağdı,
- Göyqurşağının da 7 rəngi var.
Əvvəlcə eşqin dadını bilməyən eşqin nə olduğunu bilməz.
Eşq bəzən xoşbəxtlikdir, bəzən ayrılıqdır, bəzən qarşılıqsız sevgi, bəzən əzabdır, bəzən həyatın tam özüdür, bəzən isə ölümdür.
Bəzən isə, heç görmədiyin, heç toxunmadığın, səsini belə eşitmədiyin birinə ehtirasla bağlanmaqdır aşq. Bir xəyalın arxasınca qaça bilməkdir eşq.
Güclü olmaqdır eşq. İnancını itirməməkdir, çünki məğlubiyyət və zəifliyə dözümü yoxdur eşqin.
Eşq uzun-uzun xəyallara dalmaqdır.
Ürəyimizə və ruhumuza bəzən pis təsir etsə də, yenə də kimsənin imtina edə bilməyəcəyi bir hisdir eşq.
Eşqin rəngi sevgililərin vəziyyətlərinə görə dəyişir. Eşqə düşənlərdən soruşsaq:
- Kiməsə görə ala rəngli,
- Kiməsə görə narinci,
- Kiməsə görə də gümüşüdü,
- Bəzən çox acı,
- Bəzən qap-qara,
- Bəzən qan qırmızısı,
- Bəzənsə dümağ olur,
- Bəzən sevgilinin göz rəngi,
- Bəzən isə saç rəngidir,
- Bəzən də onun ən sevdiyi rəngdir.
Yəni hər an bu rəng dəyişə bilər.
Amma, halbuki bu rəng açıq göy rəngdədi.
Məncə bu eşqin ən sevimli rəngidir.
Osmanlı dövründədə qarşılıqı olmayan eşqə ''Eşqə acıq göy deyərdilər. Əslində bu fikir özü özlüyündə platonik eşq deməkdir. Qarşılığı olmayan eşq. Çünki osmanlı dilində platonun adı göy rəngdir.
Hansı rəng olursa olsun amma eşqinizin bir rəngi olsun, onu rəngsiz buraxmayın...