Xanımlar nə istəyər? Bir az sevgi, hörmət, şəfqət və əlbəttə romantizm. Hələ xüsusi günlərə olduqca əhəmiyyət verən biz qadınları gözəl bir hədiyyə ilə xoşbəxt edə bilərsiniz. Maddi dəyəri böyük olmasa da olar, kiçik detallar və gözəl seçimlərlə bizi dünyanın ən xoşbəxt sevgilisi edə bilərsiniz. Əlbətdə ki, burda qeyd olunan sevgi sadəcə partyorunuza qarşı olan sevgidən getmir. Burdakı sevgiyə ana, bacı, xala, bibi, gəlin, dost sevgisi də aiddi.
8 martda xanımlara ala biləcəyiniz 8 hədiyyə seçimi.
1-Fotoaparat
Əgər sevdiyiniz xüsusi anların foto şəklini və arxivi sevirsə, ona rahat bir fotoaparat hədiyyə edə bilərsiniz. Əslində ona bir fotoaparat hədiyyə edərək ona bir hobbi də hədiyyə etmiş olursunuz. Büdcənizə uyğun bir fotoaparat xüsusi anlarınızı xatirəyə çevirəcək. Gözəllikləri görən gözlər üçün...
2- Qol saatı
Sevdiyinizin zamanını ona hədiyyə etmək istəyirsiniz? Qəşəng və gözəl dizaynlı bir saatı sevgiliniz qoluna taxdığında zərif görnüşünü seyr etmək belə xoşbəxtlik verəcək. Zamanın dəyərini bilənlər üçün...
3- Rəqs kursu
Sevdiyinizlə birlikdə gedəcəyiniz bir rəqs kursuna nə deyirsiniz? Həm formanızı qorumaq, həm də xüsusi günlərdə meydanın ulduzu olmaq üçün ona Salsa, Tango, Vals ya da Milango rəqs dərslərini hədiyyə etmək istəməzsinizmi? Yoldaşınız, ya sevgilinizlə birlikdə yeni bir şeylər öyrənmək həm sizə həm də sevgilinizə yaxşıdır. Gözəl bir şounun kefini çıxaranlar üçün...
4- Xüsusi dizaynlı əşyalar
Sevdiyinizə onun fotoşəkilinin olduğu bir saat, kubok və ya qab hədiyyə etsəniz, əminəm xoşbəxtlikdən uçacaq. Ya da ən sevdiyi şeiri bir əşyanın üzərində görmək özünü olduqca xüsusi hiss etdirəcək ona. Xüsusi olduğunu başa düşənlər üçün...
5- Çiçək buketi
Bəlkə ən klassikdir, amma hələ ən xüsusi hədiyyələrdən biri sizin sevdiyiniz üçün seçdiyiniz bir buket çiçəkdir. Hələ bir də üzərində əllərinizlə ona xüsusi yazdığınız not varsa. Yalnız buket çiçək deyilsə, saxsı qabda olan çiçək də xanımları xoşbəxt edəcək bir variant ola bilər. Çiçək kimi ürəyi olanlar üçün...
6- Dəriyə qulluq məhsulları
Kişilər həmişə baxımlı qadınları sevər. Qadınlarda özləri üçün özlərinə baxmağı sevər. Ona aldığınız bir dəriyə qulluq dəsti sevgilinizi nə qədər xoşbəxt edər, bunu heç düşündüzmü? Özünə diqqət göstərənlər üçün...
7- Sənət əsərləri
Əgər sevdiyiniz bir sənət aşiqidirsə, ona gözəl bir tablo ala bilərsiniz. Bir mənzərə rəsmi, ya da bir portret, o da olmasa, müqəddəs və nəzər tablosu onu xoşbəxt etməyə yetəcək, üstəlik artacaq da. Ya da yoldaşınız filmə bağlıdırsa, ona bir film festivalına 2 nəfərlik bilet alıb hədiyyə edə bilərsiniz. İstədiyi bir konsertin biletini də hədiyyə edə bilərsiniz. Əgər şeir sevirsə, sevdiyi şairin bir kitabını hədiyyə etmək də eşqinizi poetikləşdirər. Sənətin həyatı gözəlləşdirdiyini bilənlər üçün...
8- Gözəl bir fotonuz
Sevdiyinizə ikinizin fotoşəkilini hədiyyə etmək istəməzsinizmi? Ən gözəl anlarınızı artıq fotoşəkil olaraq düzəltdirib daimi olmasını təmin edə bilərsiniz. Şüşəyə, köynəyə ya da balışa şəklinizi vurdurub fotoşəkil texnikası ilə sevginizi göstərin. Daimi sevgiler istəyənlər üçün...