Həyat çox qısadır. İçindəkiləri saxlama, aç, söylə. Əgər sevgindən əminsənsə, onu çox sevirsənsə, ac, söylə sevgini. Qürurunu uca tut, amma qürur naminə sevgini içində saxlama. Bir vaxt peşman olarsan və sonrakı peşmançılıq fayda verməz. Sevgini gizlətmək çarəsizlikdir, gücsüzlükdür, cəsarətsizlikdir. Nəticədə hər gecə göz yaşları. Hələ o səni sevirsə, həmçinin sən də onu sevirsənsə və sevgini etiraf etmirsənsə, bu artıq qorxaqlıqdır. Qorxaq olma! Etiraf et sevgini! Amma... Amma onun və özünün sevginə inanırsansa...
Bax, o zaman aç öz sevgini. Çünki həyat sonsuz olsa da, ömür qısadır... Etiraf et sevgini... Çünki bir gün onu başqa biri ilə görəndə için parçalanacaq, gözün dolacaq. Bax, o zaman kaş ki, ona sevgimi etiraf edərdim deyəcəksən.
Məncə bu sevgi bəlkələrdən və kaşkilərdən ibarətdir. Etmədiklərimiz üçün kaşki edəydim deyirik. Yaxud da, bəlkə bunu etsəydim yaxşı olardı deyirik. Onun üçün cəsarətli ol. Kaş ki, bəlkə deməmək üçün sevgini etiraf et. Bəlkə də üzüləcəksən ...
Bəlkə də, yenə kaş ki və bəlkə deyəcəksən. Amma onu bil ki, ən azından sevgini etiraf etmədiyin üçün peşman olub içinə qapanmayacaqsan. İnsanları güclü edən ona vurulan yaralardır. Sevgini etiraf etməyib peşman olmaqdansa, sevgilindən yara alıb güclü olmaq yaxşıdır. Həm də ki bilmək olmaz. Bəlkə də sevgini etiraf etdikdən sonra yaxşı olacaq. Onun üçün risk etmək yaxşıdır. Həm də ki, dediyim kimi öz sevgindən və onun sevgisindən əmin ol, sonra sevgini etiraf et. Etiraf et sevgini.
Mən bu hadisəni yaşadığım üçün sizə də tövsiyyə edirəm ki, sevginizi içinizdə saxlamayın. Açın, deyin sevginizi. Uca Rebbim bizə cəsarətli olmağa komək edər, İnşallah və biz də öz sevgimizi etiraf edərik. Amin...