Boşanma sayının artması və dəyişən ailə dəyərləri evlilik məsələlərində xeyli irəliləsə də, romantizm və centlmenlik indiki vaxtda əhəmiyyətini qorumağa davam edir. Axtarışlara görə bu günün kişiləri romantizmin əhəmiyyətini həmişəkindən çox daha yaxşı başa düşürlər. Bu eşq və ənənəvi romantik dəyərlərlə əlaqədar şübhəçi yaxınlaşma da olanlar üçün bir ümid qaynağı ola bilər.
Sevginin formasını dəyişdirən ən böyük maneələrdən biri də məsafə ola bilər, çünki insanlar şəhərlər, okeanlar və ya qitələr tərəfindən ayrıldıqda münasibətlərindən həyacan almaları çətinləşir. Yenə də uzun məsafə əlaqələrini icra etmək qeyri-mümkün deyil, həm də iki tərəf də açıq fikirlidirsə aşağıdakı səbəbləri ağlınızdan çıxarmayın.
1. Münasibətlərinizə laqeyd yanaşmayın.
Müvəffəqiyyətli bir münasibət üçün zaman və maraq sərf etmək lazımdır. Bu cüt eyni evin içində də yaşasa, coğrafi maneələrlə ayrılmış da olsa belədir. Buna görə aktiv davranmağınız və telefon danışıqları, internetdən kameralı danışıqlar və nizamlı "çat" saatları ayıraraq həmişə ünsiyyət yollarını açıq tutmanız çox əhəmiyyətlidir. Sadəcə içdən bir səy sərf edin və partnyorunuzla daimi olaraq ünsiyyət qurmanız uzaq məsafə əlaqəsini sağlam saxlamaq üçün kifayət ola bilər.
2. Texnologiyadakı yenilikləri hər zaman izləyin.
Müasir dövrümüzdə yeni nəsil texnologiyadakı yeniliklər ünsiyyət üçün hər insana rahatlıq verir. Skype kimi proqramlar, ölkələr arası və ya ölkə daxili zənglər üçün hər zamankından daha asan və ucuzdur. Cütlük üçün aradakı məsafə hiss olunmaz və ünsiyyətdən zövq alarlar. Bu inkişafları isti qarşılayıb və onları həmişə izləsəniz, əlaqənizin eyni gücdə uzun illər sağlam qalmasına kömək edərsiniz.
3. Etibar və inamla bağlı problemlərinizi həll edin.
Partnyorunuzla nizamlı olaraq ünsiyyət uzaq məsafəli münasibətinizin möhkəm təməlini qoyacaq, ancaq yenə də ünsiyyət qura bilmədiyiniz vaxtlarda sakit qalmalısınız. Baş verən dəyişikliklər sizi özünüzdən çıxarmamalıdır. Danışmamaq, etibarsızlıq və inamsızlıq hisslərini ciddi şübhə altına salır, hələ partnyorunuz işinə görə yeni bir yerə köçdüsə və yeni dostlar, iş yoldaşlarıyla vaxt keçirməyə başladısa, təlaşlanmayın. Buna görə də hər hansı bir güvən probleminin ortaya çıxmadığını hiss edirsizsə, danışın və bu problemi partnyorunuzla birbaşa ünsiyyət quraraq həll etməyə çalışın.
4. Sevginizin xüsusiliyini yada salın.
Etibar hissi ilə bağlı problemi aradan götürməyə cəhd edərkən partnyorunuza əvvəldən romantik davranaraq diqqətini özünüzə çəkin. Sevdiyiniz şəxsin özünə xas xüsusiyyətlərini və sevginizə "start" verən sevgi dolu hissləri yada salaraq zehininizi işğal edən bütün şübhələri unuda bilərsiniz.
5. Birlikdə keçirdiyiniz vaxtın dəyərini bilin.
Əlaqənizin şərtləri və ya aradakı məsafə dəyişə bilər, ancaq yəqin ki, partnyorunuzla tamamilə uzaq məsafə əlaqəsi icra etmək məcburiyyətində qalmayacaqsınız. Çox qısa müddət də olsa onu görmək şansını əldə edirsiniz. Bu şansı ən yaxşı formada qiymətləndirməli, sevginizin şəklini və hisslərinizin dərinliyini yada salmalısınız. Buna görə indidən nə edəcəyinizi planlaşdırmağa başlayın və birlikdə keçirdiyiniz hər anın dadını çıxardığınıza əmin olun.
6. Həyəcanınızı daim qoruyun.
Hər münasibətdə dəyişikliklərə ayaq uydurmaq çətin ola bilər, hələ bu dəyişiklik köçməyə, uzaqlaşmağa və ya birlikdə keçirilən vaxtın azalmasına səbəb olacaqsa. Bu vəziyyət ciddi kövrəklik və hətta depressiya hisslərinə yol aça bilər və bu da xarici görünüşünüzə fikir verməyi buraxıb həyata qarşı mənfi münasibət bəsləmənizə səbəb ola bilər. Əlaqənizin yaxşılığı üçün motivasiya və enerji dolu olmanız, fiziki və romantik halınızı daim canlı tutmanız çox əhəmiyyətlidir!
7. Romantik və peşəkar məqsədlərinizi təyin edin.
Bir uzaq məsafə münasibətində müvəffəqiyyətli olmaq etibar və kəskin hisslər tələb edir, çünki başqa cür partnyorunuzun uzun müddətli gedişini və əlaqənizin gələcəyini soruşaraq özünüzü yorarsız. Axır əvvəl romantik və peşəkar məqsədlərinizi açıqca bilir və partnyorunuzdakını də başa düşmək üçün səy sərf etmiş olmalısınız. Bu əlaqənizin canlı qalma şansını artırdığı kimi sevdiyiniz adamla həyatda və sevgidə bənzər məqsədləri paylaşdığınızı göstərir.
8. Ayrı qalmağın faydalarını fikirləşin.
Çox vaxt uzaq məsafə münasibətinin davamı müsbət düşünmə bacarıqları və ideallıqla uzaqdan-yaxından əlaqəsi olmayan bir vəziyyəti necə ələ aldığınıza görə formalaşır. Əgər əlaqənizə açıq və irəli fikirlə yaxınlaşsanız, sevdiyiniz bir insandan ayrı vaxt keçirməyin belə müsbət yanları olduğunu fərq edə bilər və bu hadisənin sevgi bağlarını qüvvətləndirmək üçün istifadə edə bilərsiniz. Bunu qəbul etməniz və anlamaq vaxt alacaq, odur ki, səbrli olmanız və yeni yaranan şərtlərə öyrəşmək üçün özünüzə vaxt ayırmalısız.
9. Təbii olun.
Təkrarçılığa bağlı olmaq və proqramlaşdırılmış həyat uzaq məsafə münasibətinin vaz keçilməzidir, yenə də hər zaman təbii və macəraçı olma şansınız var! Bu əlaqənizi təzə və həyəcanla dolu edər, eyni zamanda da yoldaşınızı hələ həyəcanverici və arzulanan biri olduğunu daim dilə gətirin. Buna görə mümkün olduğu zamanlarda partnyorunuza sürprizlər edin, xəbərsiz yanına gedin, çiçək və ya şokolad kimi hədiyyələr göndərməkdən çəkinməyin. Bunlar həm sizin, həm partnyorunuzun yeni həyat şərtlərinə öyrəşməsinə kömək olacaq.
10. Aktif bir sosial həyat yaşayın.
Yoldaşınız bu günə qədər ictimai həyatınızın mərkəzində yer almış ola bilər, ancaq bu aranıza məsafələr girdikdən sonra özünüzü evə bağlamaq lazım olduğu mənasını verməz. Tam tərsinə partnyorunuz köçdükdən sonra da gözəl və məşğul bir ictimai həyatınız olması və aktiv qalmanız münasibətiniz üçün çox faydalıdır. Bu keçid dövrünüzdə sizə kömək olacaq və vəziyyətinizlə əlaqədar mənfi fikirlərə düşmənizə zaman qalmayacaq.