Qadin.NET / Bu kişilərin evlilik təklifini qəbul etmək olar

Bu kişilərin evlilik təklifini qəbul etmək olar

Bu kişilərin evlilik təklifini qəbul etmək olar

Hər qadının xəyalında bir ağ atlı şəhzadə var. Ancaq hamımız o şəhzadələrlə qarşılaşana qədər bir çox yanlış adamlarla tanış oluruq. Çox vaxt münasibətlərimizdə istənməyən təcrübələr əldə edirik. Bir çox insan tanıyır, amma kimsəylə ciddi bir əlaqə qura bilmir. Qadınlar daim həyatının eşqini gözləyir. Yaxşı, bu ağ atlı şəhzadələr kimlərdir? Nə yeyər, nə içərlər? Qadınlar ağ atlı şəhzadələrini nə vaxt taparlar, bu naməlumdu. Smma sizə ilk baxışda ağ atlı şəhzadənizi tanımanız üçün bir neçə təklif hazırladım. Budur, evləniləcək adamlar haqqında düşüncələrim.
Xeyr, sən söndür.
Əgər bir kişi sizinlə telefonda danışmaqdan zövq alır və gün ərzində tez-tez sizi axtarırsa, bu adamı əlinizdən qaçırmayın. Bu xasiyyəti davamlı olaraq təkrarlanırsa, onunla evlilik xəyalları qura bilərsiniz.
Nə yemək istəyirsən?
Hansı restorana gedəcəyinizi və nə yemək istədiyinizi sizdən soruşursa, evlilik günü necə bəli deyəcəyiniz haqda düşünün. Çünki sizdən soruşmadan gediləcək məkanı özü seçən ağ öküzlü şəhzadələr çoxdur.
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Yatmalısan, amma yatma.
Atlı şəhzadələr gecələr sizinlə danışmağa çox meyilli olacaqlar. Ancaq sizin yuxusuz qalmağınıza da könlü razı olmayacağından "Yatmalısan, amma yatma" kimi sözlər deyə bilər. Yuxunuzu onun üçün fəda edə bilərsiniz.
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Mən apararam.
Bir yerə gedəcəyinizi eşidəndə sizin üçün çətin olacaqsa, mütləq sizi aparmaq istəyəcək. Bu istidə getmə, bu yağışda gedə bilməzsən, avtobus gözləmə kimi sözlərlə sizi aparmağa razı salacaq. Seviləsi şahzadələrdəndir.
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Haqlısan.
Bəzi kişilər qadınların fikirləri altında əzilmək istəməzlər. Bəzən haqsız olduqlarını bilə-bilə haqlısan və üzr istəyirəm kimi sözləri qarşısındakına deməzlər. Buna görə də haqsız olduğu zaman və ya altdan alması lazım olduğu zaman "Haqlısan" deməyi bilən, səhv etdiyi zaman üzr istəməkdən çəkinməyən kişilərlə evlilik xəyalları qura bilərsiniz.
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Yorğunsansa, boş ver.
Yorğun olduğunuzu başa düşən kişi sayı olduqca azdır. Çünki onlar siz nə qədər işləyirsinizsə işləyin, ev işlərini də görə biləcək gücə sahib olduğunuzu düşünürlər. Bu cümləni quran kişini tapsanız, əsla qaçırmayın.
29 noyabr 2014
GO BACK