Qadin.NET / Necə bir evliliyiniz var?

Necə bir evliliyiniz var?

Necə bir evliliyiniz var?

Evliliklərin müxətlif növləri vardır. Məsələn, tamamlayıcı cütlük tərzində evliliyə sahib şəxslərin evlilikləri başlanğıcda çox gözəl olsa da, irəliləyən zamanlarda olduqları yaşam tərzləri evliliklərinin bitməsinə səbə ola bilər. Nə cür bir evliliyinizin olduğunu

öyrənərək münasibətinizin pis bir şəkildə sonlanmasını qabaqlaya bilərsiniz.

Tamamlayıcı cütlük tərzində evlilik

Bu evlilik növü çox geniş yayılıbdır. Tərəflər bir-birlərinin münasibətinə, fikirlərinə hörmət edərlər, hər tərəfin gücü və yetərliyi vardır. Bu cütlüklər yaranan söz-söhbəti asalıqla həll edə bilirlər. Tamamlayıcı tərzə sahib cütlüklərin cinsi münasibətləri də yaxşıdır. Onlar bir-birlərini rahat başa düşür və on görə də onların münasibətləri uzun ömürlü olur.

Necə bir evliliyiniz var?

Hissi olaraq güclü cütlük tərzində evlilik

Evliliyin bu növü əyləncəli və keyiflidir. Bu tərzdəki yaxınlıq tipi bir akordeona bənzəyir: bəzən çox yaxın, bəzən çox məsafəli. Bu tip evliliklərdə mehribanlıq da, hər hansısa bir söz-söhbət də güclü bir şəkildə baş verər. Bu tərz evlilik yaxşı getdiyi zaman son dərəcə həyacan verici olur. Cinsi həyatların öz-özlüyündən məcara dolu, əyləncəli və enerji dolu olaraq görülür. Təəssüf ki, bu ən istiqrarsız evlilik tərzidir və daha çox boşanma halları bu tip evliliklərdə olur. Dava-dalaş zaman keçdikcə adi hal almağa başlayır və tərəflərdə xəyal qırıqlığı, inciklik yaranır. Ona görə də bu tərz evliliklərdə ehtiyatlı olmalı və qarşı tərəfin fikirlərinə hörmətlə yanaşılmalıdır.

Necə bir evliliyiniz var?

Yaxın dost olan cütlük tərzində evlilik

Bu tərz yaxınlığın, paylaşmağın, cavabdehliyin yüksək olduğu bir tərzdir. Bu, mədəni olaraq ideal bir tərz olsa da, duyğulu və cinsi gözləntilər qarşılanmadığı zaman, ya da həll edilməyən söz-söhbətlər olduğu zaman xəyal qırıqlığı və yadlaşma riski artmağa başlayır. Bu tip ailələrdə də boşanma sayları kifayət qədərdir.

Necə bir evliliyiniz var?

Yaxın dost tərzi cütlüklər cinsi problemlərin öhdəsindən gəlmək mövzusunda özlərinə inanmazlar. Bir-birlərinin nə düşündüyünü və ya nə istədiyini açıqlama etmədən bilmələrini istəyirlər. Bu tip ailə tərzinin adı dost tipli olsa da, əslində tərəflər bir-birlərinin fikrini bir dost kimi soruşmaqdan çəkinirlər ki, bu da ən böyük və ilk problemdir. Bunu həll etmək üçün isə tərəflər bir-biri ilə səmimi olmalı və dinləməyi öyrənməlidirlər.

13 mart 2016
GO BACK