Qadin.NET / Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

 

Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

 

Sevgilinizin doğum günü yaxınlaşır, ona nə alacağınız haqqında düşünürsünüzsə, sizə bu mövzuda köməkçi olacaq bir neçə təklifimiz var. Bu da sevgilinizə (həyat yoldaşınıza) ala biləcəyiniz hədiyyələr.

Yeni bir geyim

Bu, doğum günü hədiyyələri içərisində ən yaxşısıdır! Sevgilinizə gözəl bir qalstuk və köynək ala bilərsiniz.  

Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

Ev yeməyi

Hədiyyənizin bahalı olmasına ehtiyac yoxdur! Düşüncəli olmağınız yetərlidir. Ona ən sevdiyi yeməyi və şiriniyyatı bişirməyiniz gözəl hədiyyə ola bilər. 

Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

Ipad

Əgər sevgilinizin bir ipodu yoxdursa və onu arzulayırsa, bu da gözəl hədiyyə ola bilər. Onun sevdiyi mahnıları yükləməyiniz onu daha da sevindirər.

DVD silsilələri

İkinizin bərabər izlədiyi bir şou varsa, bütün DVD silsiləsini alıb ona hədiyyə edə bilərsiniz. Bu şəkildə bunu istədiyiniz zaman izləyə bilərsiniz və bu, sizi ona daim xatırladacaqdır. 

Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

 

Kətan rəsm

Bunu iki şəkildə edə bilərsiniz. İkinizin rəsmini kətana çəkdirin, ya da rəsm çəkməyi bacarırsınızsa, bunu özünüz də edə bilərsiniz. Hər iki halda da divara asıb daim baxa biləcəyi bir hədiyyəyə sahib olacaq.

Düşərgə və ya idman vəsaitləri

Sevgiliniz idmanı sevirmi? Ona idman və ya düşərgə dəsti ala bilərsiniz. Kişilər bunu çox sevirlər.

Yaşıyla eyni sayda hədiyyə

Gəncdirsə, bu daha asan olacaqdır. Məsələn 22 yaşı vardırsa, 22 kiçik hədiyyə ala bilərsiniz. Ona nə alacağınızı düşünürsünüzsə, bu çox gözəl fikirdir. Ciddi, zarafatedici hədiyyələr ola bilər.

Biletlər

Ən gözəl hədiyyələrdən biri konsert biletidir. Onun sevdiyi qrupun konsertinə alacağınız bilet ən yaxşı hədiyyə olacaqdır. Bunun əvəzində ən sevdiyi idman komandasının oyunlarını izləməyi üçün də bilet ala bilərsiniz.

Xəzinə ovu

Bunu kim sevməz ki? Bunu daha da xüsusiləşdirmək üçün müxtəlif şeylərdən istifadə edə bilərsiniz. Məsələn, hədiyyən ilk görüşdüyümüz yerdədir.

Sevgilinizə ala biləcəyiniz doğum günü hədiyyələri

Səyahət

İki nəfərlik romantik bir tətil ən gözəl hədiyyəniz ola bilər. Hətta yaxın yerə avtomobilinizlə gedib onu təəccübləndirə bilərsiniz.

Onun çox sevdiklərini edəcəyiniz bir gün

Bu ən yaxşı doğum günü təbriklərindən biridir. Sizinlə bərabər ən sevdiyi şeyləri edərək keçirəcəyi bir gün. Yürüşə çıxa bilərsiniz, onun ən sevdiyi filmi izləyə bilərsiniz, restoranda yemək yeyə bilərsiniz. Unutmayın ki, romantik hədiyyələr ən yaxşısıdır. Eyni zamanda önəmli olan düşünməkdir.

14 mart 2016
GO BACK