Qadin.NET / Əl çatmaz məhəbbətim

Əl çatmaz məhəbbətim

Əl çatmaz məhəbbətim

Hər sabah bir ümidlə qalxıram,sevdiyimi görmək ümidiylə.Axşam olur puç olmuş ümidlərlə yatıram.Bəzən özümü axtarıram özgələrdə,sahibsiz dalğalar kimi bu limandan o limana çırpılıram.Elə bir limana çatıram ki ,nə özümü mənə unutdurur nə də ki sevdiyimi mənə unutdurur.Qəlbimdəki boşluğu doldurmağa gücü yetən tək insansan.Özümü saxta gülüşlərlə bəzəyən,ürəyimi ağladan birisən.Bu ürək bir tək sənin üçün döyünür.Heç  kim və heç nə sənə olan sevgimi azalda bilməz,səni məndən ala bilməz.Ancaq heç nə məndən aslı olan bir şey deyil.Bəlkə gün gələcək səninlə vaxtında ayrıldığım üçün sevinəcəm,bəlkə də əksinə nə vaxtsa peşman olacam.Ancaq hər zaman, hər an qəlbimin dərinliyindəsən və ömrümün sonuna  qədər də səni orada hər kəsdən gizlin saxlayacam...

1 mart 2011
GO BACK