Qadin.NET / Kağız halva - 9

Kağız halva - 9

 

Kağız halva - 9

 

Məhrəm

Ağzımdan damla-damla misralar süzülür, həm də heç durmadan, əlimdə olmadan; dinləyənlər şair olduğum qənaətinə gələ bilərlər, bəli. Kəlmələr ölkəsinin sultanı! Amma işin əsli, bu şeirlər mənə aid deyil. Mən sadəcə hərflər üçün bir vasitəyəm, kəlmələri əmr edildiyi kimi yazan bir mürəkkəbqabı, divit (doldurulma qələm ucu), qələm kimi; üfürülən nəğməni çalan bir ney kimi, mən də sadəcə bir vasitəyəm, öz üzərimə düşəni edirəm. Mən kəlmələrin əfəndisi deyil, sadəcə katibiyəm. Könlüm nə pıçıldayırsa, onu yazıram. Amma pıçıldayan mən deyiləm ...

Eşq

Xəyal gücümün geniş olduğunu deyirlər. Bu, "gərəksiz danışırsan" demənin indiyə qədər icad edilmiş ən incə yoludur.

Əraf

Gizliliyə etina göstərməyən kütlənin boğuculuğundan qaçaraq özünə aid bir otağa çəkilmək biçimində təzahür etmədi məndə yazmaq istəyi. Tam tərsinə, həyatın sıxıcılığında fərar vurğunu aralıqlar aça bilmə arzusuyla başladım yazmağa ...

Məd-Cəzir

Düşünülənin əksinə hər zaman yaratmaq demək deyildir yazı, bəzən yıxmaqdır.

***

Təsəvvüf, eşq və yazı... mənə görə üçünün də  özündə aşmaq var.  Özündən  uzağa çatmaq arzusu, bir başqa mənlik arayışı...

***

Yazmaq bir fərarilikdir özlüyündə, amma xaricə deyil, içəri qaçırdım... özümə...

 

Kağız halva - 9

 

Pünhan

Xəyalla həqiqət odla su kimidir. Hər biri istər ki, bir tək özü qalsın orta yerdə, o birisi yox olsun. Xəyal dediyində həqiqəti boğmaq, həqiqət dediyin də xəyalı yandırmaq istəyər. Onlar döyüşüb didişərkən biz də deyərik ki: " Bu etdiyiniz qafillikdir. Əslində siz qardaşsınız". Həmin vaxt onlar dalaşmağı dayandırarlar.

Med-Cəzir

Uşaq bağdakı alma ağacına dırmanıb xəyallara dalarmış. Gün boyu enməzmiş ağacdan aşağı. Bəzi gecələr budaqlarda sabahı açarmış, ən sonda bu gedişi durdurmaq üçün ailə böyükləri ağacı kəsmişlər. Uşaq alma ağacından qalan çuxurun içinə girib ağacın orada olduğunu xəyal etmiş, şirin-şirin gözəl almalar yemiş...  Görmədən bilə bilərsən, getmədən çata bilərsən, toxunmadan hiss edə bilərsən, xəyal etməyi bilirsənsə...

 

Kağız halva - 9

 

***

Yazdım çünki yalnız və sahilsiz idim, küskün və narahat idim. Yazıçılıq bunların əksini mənə vəd edir, amma vədlər gerçəkləşməsə də, yenə də yazardım, yenə yazaram... Yazıçılığa isə onun fikri də, sevdası da çox uzaqdaymış kimi gəldi; həm geridən, həm özlüyündən...

***

“Eynən bir qatilin cinayət işlədiyi yerə dönməsi kimi” demişdir Be-Ce, "hafizəmizin düşkün olduğu məkanlar vardır. Röyalarımızda bilmədən, keçmış həyatlarımızdan tanıdığımız məkanlara gedib-gedib gələrik". Təəccüblü olan bilirsən nədir? Mən yazarkən röya aləmini ziyarət edirəm.

***

Xatirələr bu qədər iztirab verdiyinə görə ən yaxşısı heç xatırlamamaqdır. Heç xatırlamamaq, mütləq ölüm olsa da...

12 oktyabr 2014
GO BACK