Sən getdikdən sonra adını “Çinar” qoydum. Yalnız qalınca, təkbaşıma səninlə danışınca “Çinar” deyə səslənirəm boşluqlara...
Gözləyirəm, bəlkə bir gün gəlib Çinarın nə demək olduğunu soruşar. Mən də deyərəm - Çinar əzmli, yüksəklərə ucala bilən, sevdiyim deməkdir mənim üçün...
Gəlmədi... Nə qədər qəbul edə bilməsəm də anladım – Belə görünsə də meyvəsi olmaz- yəni heç bir iz buraxmaz Çinar. Elə əzmli, ucaboy olmasına baxmayaraq, qorxaqdır, ona sığınanı budaqlarında daşıya bilməz ki Çinar...
Bizim evin tam önündə çox gözəl bir çinar ağacı var. Uşaqlığımın şahidi çinar onu mən doğulandan deyil, sevdiyim ürəyimdə doğulduqdan sonra tanımağıma görə küsübmü məndən görəsən? Bəlkə də başa düşür məni – Mənim çinara sevdiyim deyil, sevdiyimə Çinar deməyimi...
Bəlkə o da istəyir bir gün sevdiyimə qovuşub gövdəsində sevdamızı yazmağımızı. Gözləyirəm....