Kişilərin fikir vermədən etdikləri bəzi davranışlar qadınlar ilə kişilər arasında problem meydana gətirən ən əhəmiyyətli şeylərdir. Biz dəfələrlə şikayətimizi yeniləsək də, onlar həmişə bildiklərini edirlər. Etdikləri kimi hər səfərində də eyni söz-söhbət yaşanır. Bu söz-söhbətə səbəb olan bəzi hərəkətləri sizlərlə paylaşmaq istərdim.
Başqalarının yanında yüksək səslə danışması
Kişilər çox əsəbləşdikləri vaxtlarda gözləri kimsəni görməz. Sizə və ya hər hansı bir şeyə əsəbiləşdiyi zaman ətrafındakı insanlardan çəkinmədən səsini yüksəltməsi qadınların ən nifrət etdiyi kişi davranışlarından biridir.
Söyüş işlədərək danışmaq
Kişilərin çoxu söyüş mövzusunda həssas deyil. Söyüş işlədərək danışmaqdan çəkinməzlər. Bəzən yolda, bəzən futbol seyr edərkən yanınızda işlətdiyi söyüşlər qadınları hövsələdən çıxara bilər.
Futboldan danışmaq
Qadınlar, ümumiyyətlə, futbolla maraqlanmazlar. Bəzi istisnalar olmaqla birlikdə ümumi qavrayış budur. Ancaq kişilərin də futbol ilə maraqlanmamaqları istisnadır. Ümumi olaraq bir çoxu futbol dəlisidir. Davamlı futbol seyr edib, bir də eyni futbol haqqında saatlarla şərhlər edər. Bu vəziyyətdən isə qadınların əsla xoşuna gəlməz.
Gec gələn mesaj
Qadınlar kişilərə görə daha çox hissləri ilə hərəkət edərlər və buna görə qarşısındakına daha çox dəyər verərlər. Qadınlar kişilərə görə daha diqqətcildir. Kişilər də sevər, amma onlar bu cür detallara bir əhəmiyyət verməzlər. Bu detallardan biri də gec gələn mesajlarıdır. Qadınlar daha çox əhəmiyyət verir hər şeyə. Hər dəqiqə danışmaq, hər dəqiqə birlikdə olmaq istəyərlər bəzən. Gələn cavaba dəqiqəsində hətta bəzən də saniyəsində cavab verərlər. Lakin kişilər bu mövzuda qadınlar qədər düşüncəli deyillər. Onlar üçün çox əhəmiyyətli olmasa da, bu vəziyyət qadınlar üçün əhəmiyyətlidir və bu çox böyük bir narazıçılıq mövzusu ola bilər.
Yemək yeyərkən diqqət etməmək
Bəzi kişilər qadınlara görə daha kobud bir şəkildə yemək yeyərlər. Birlikdə yemək yeməyə gedəndə dostlarının sürətinə diqqət etmədən yemək yeməsi qadınları əsəbiləşdirə bilər. Eyni zamanda bu heç də gözəl xasiyyət deyil.
Bir yerə gedərkən tələsmək
Qadınlar hər zaman çölə çıxarkən uzun müddət hazırlaşır. Ancaq kişilər bu mövzuda həmişə səbrsiz və dözümsüzdür. Narahat edərək həm hazırlanmanıza icazə verməzlər, həm də deyinməyə davam edərlər. Qadınların kişilərin çölə çıxarkən tələsməsindən heç xoşları gəlməz.