Qadin.NET / Kağız halva-6

Kağız halva-6

Ata və bic

Göy, gömgöydü dəniz; əsirdi duru durğunluğunda. Bəzi kişilər bəzi-bəzi dəli bir fikirə tutulurdu. Dəniz sakit bir rəhm kimi göründü gözlərinə. İndi nə yoxluğundan şikayətlənmək, nə varlığını qazanmaqla məşğul olmaq, sadəcə və sadəcə içində olmaq yetəcəkdi həmişə arzulanmış, heç edilməmiş səyahətə çıxıb başqa-başqa diyarlara getməyə...

Şəhərin aynaları

Əsla xor görmə Pünhan, canları xor görmə. Bax bu qeyb aləminə bir özünü gör. Bax özünə, cəmi məxluqatın özünü gör. Dövrü tamam olan gələr, dövrü tamam olan gedər. Gələn gedəndə gizlidir, gedən gələndə...

Məhrəm

Yaxşının və pisin kənarına çıxmaq mümkündür! Bir yer daha var: bütün sifətlərin mənasını itirdiyi bir başqa ölçü...

Eşq

İlk baxışdan "depressiya" kəlməsi bütün dillərdə oxşardır. Fəqət  türk dilində depressiya bir feldən çox bir “məkan” kimi qavranılır. Buna görə də "böhran-da-yam" deyilir. Böhran bir yer adıymış kimi... içinə girilən qaranlıq bir otaq. Addım atınca yoxa çıxılan bir böyük  qitə...

Ata və bic

Qanad çırpan quşlara baxın, qanadlarının necə hərəkət etdiyinə diqqətinizi ayırın, bir aşağı, bir yuxarı, bir hüzn, bir səadət. Həyat belədir. Xoş bir qərar, ahəng içində, tarazlıqda.

Qara süd

Onsuz da həyatda sabit fikirli və qəti olmağa səbəb yoxdur. Çünki yaşamaq durmadan dəyişmək deməkdir.

 

Eşq

Ağıllı qərarlarla planlar quraraq həyatımızın axışına nəzarət edə biləcəyimizi zənn edirik. Halbuki, balıq üzdüyü okeana nəzarət edə bilərmi? Bu sadəcə saxta gözlənişlər və üzüntülər yaradar.

***

Atəşi yaxından görə bilmək üçün özünü fəda edərmiş pərvanə.

***

O əsirlikdə parça-parça hər şeyin bir-birinə bağlandığına və təəccüblü formada hər parçanın öz içində bir anlam daşıdığına şahidlik etdi. Sükunət və səbrlə yetərincə gözləməyi bacara bilərsə, kainatın bütün sirrlərinin bir bütünə tamamlanacağını və arxasından əksiksiz ona təqdim ediləcəyi hissinə tutuldu.

Əraf

Kainatda mükəmməl bir ahəng, həssas bir nizam var. Parçalar və nöqtələr durmadan dəyişir. Adlar və mövqelər yenilənir. Etdiyi hər söz, verdiyi hər zərər insana qayıdar. Halbuki, insan bunu bilməz. Başına gələnlərdən həmişə başqalarını səbəbkar bilər. Özü çətinə qaçmaqda ustadır.

Bit Palas

Qismət yolun tamamını deyil sadəcə yol ayrımlarını verir. Gediləcək yol bəllidir, amma bütün döngələr və yolun başı yolçuya aiddir. Elə isə nə həyatının hakimisən, nə də həyat qarşısında çarəsizsən.

Pünhan

Dərviş dedi ki, "Bir çaya uzaqdan baxınca insan zənn edər ki, tək bir axıntı var. Amma suya baş vurdunmu, birdən çox olduğunu anlarsan. Çayda neçə axıntı gizlidir, hamısı ahənglə, amma ayrı-ayrı axar".

Eşq

"Həyatımı dəyişdirməyə, özümü yeniləməyə hazırammı?", deyə soruşmaq üçün heç bir zaman gec deyil. Yaşımız nə qədər olursa, olsun, başımızdan nə keçmiş olursa, olsun, tamamən yenilənmək mümkündür.

***

"Rəbbim", dedi:"Mənə ya qafillərin rahatlığını ya da alimlərin mətanətini əta et. Hansını seçərsən seç, minnətdar olaram, amma yalvarıram, məni həm bilikli, həm gücsüz etmə".

Şəhərin aynaları

Pünhan o vaxt anladı ki: Qaçaraq, qorxaraq, saxlayaraq bitməz, tükənməz can sıxıntılarından mürəkkəb bir həyatı yaşamaq, yaşamaq deyildir. İnsan ki, əşrəf-i məxluqatdır, bir bitki kimi hissiz və amalsız yaşamaq  ona yaraşmaz.

Pünhan

İnanc eşq kimidir . İsbat istəməz , məntiqli bir açıqlama gözləməz. Ya vardır ya yoxdur . Hər iki halda da insan harda olduğunu bilir.

Eşq

Eşqsiz inanc olarmı? Sevmədən və sevilmədən, dayanmadan bir şeylərə deyinib əsəbi iman etmək mümkündürmü?  Eşq yoxdursa, ibadət bir quru kəlmədən, yan-yana düzülmüş altı hərfdən ibarətdir. Çölü qabıq, içi oyuq, insan eşqlə və eşqdə iman etməlidir.  Allah və insan sevgisini damarlarında gurultu ilə hiss etməlidir!

***

Həqiqi sevgi Tanrının qullarına bəxş etdiyi bənzərsiz bir hədiyyədir. Bu hədiyyənin sənə verildiyinə inandığın zaman həm Ona, həm də özünə qarşı bütünlüklə dürüst olmalısan.

Əraf

Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil. Bələdçin daim ürəyin olsun, çiynin üstündəki başın deyil. Nəfsini bilənlərdən ol, dost silənlərdən deyil.

Eşq

Dərviş dedi ki:“Bizim dinimiz eşq dini, yolumuz eşq şəriəti, ucu-bucağı olmayan bir məhəbbət zəncirində sadəcə və sadəcə bir halqayıq. Əgər zəncir bir yerindən qopacaqsa, o saat bir başqa halqa əlavə edilir “.

***

Dərviş dedi ki:"Biz sizə şah damarınızdan daha yaxınıq demirmi? Allah göydə, qat-qat uzaqda bir taxtda oturmur ki, hər an hər yerdə və hamımızın içindədir. Ona görə də Rəbb heç bir zaman tərk etməz bizləri, Özü Özünü necə tərk edə bilərki?"

***

Qanunların olsun, amma qanunlarını başqalarını kənarlaşdırmaq yaxud günahlandırmaq üçün istifadə etmə. Xüsusilə bütlərdən uzaq dur, dost və əsla öz doğrularını daha çox dəyərləndirmə!  İnancın böyük olsun, amma inancınla böyüklüyün daha çoxdur kimi görünmə!

***

Yaradanı hansı kəlmələrlə təsvirimiz özümüzü necə gördüyümüzə güzgü tutar. Əgər Tanrı deyilən kimi əvvəlcə qorxulacaq, utanılacaq bir varlıq gəlirsə ağlına, demək ki, sən özün daha çox qorxu və utanc içindəsən.

Yox , əgər Tanrı deyiləın kimi əvvəla eşq, mərhəmət və şəfqət düşünürsənsə, demək səndə bu vəsflərdən bol-bol mövcuddur.

1 sentyabr 2014
GO BACK