Əlaqənizi başqalarının əlaqələriylə qarşılaşdırmayın.
Hamımız elə vaxtlar olur ki, özümüzü yoldaşlarımızla müqayisə edirik. Bu həmişə səhv deyil. Əsl problem başqalarının həyatlarındakı və ya əlaqələrindəki müsbətləri öz həyatımızdakı mənfilərlə müqayisə zamanı başlayır. Bu cür müqayisələr təhlükə ehtiva edir, çünki kənardan əla görünsə də, heç kimin həyatı ideal deyil. Digər insanların bizdən daha xoşbəxt olduqlarını düşünmək, özümüzü həmişə bir bədbəxtliyə aparmağımıza yol aça bilər.
Qadınların etdiyi eşqbazlıq səhvləri
Siz evlənmə təklif aldığınız zaman sevgiliniz evliliyinizin nə qədər gözəl olacağını açıqlamağa çalışır. Siz isə ağlınızda dostlarınızın sevgilisinin evlənmə təklifini Parisdə etdiyinimi düşünürsünüz? Ola bilər. Bəlkə ilk eşitdiyiniz zaman siz də belə bir evlənmə təklifinin çox romantik olduğunu düşünə bilərsiniz, amma çox xəyallara qapılmayın. Çantada gətirdikləri eşq məktubları, xüsusi günlərdə yazılan poetik yazılar heç də ideal münasibətin əlamətləri deyil.
Rəfiqənizin yoldaşı hər cümə günü ona gül alırsa, bu o demək deyil ki, onların arasında heç bir problem olmur. Sevgilinizin və əlaqənizin artıq və əksikliklərini siyahıya qeyd edin. Müsbətləri mənfilərdən daha çoxdursa, sağlam bir əlaqəniz olduğu üçün sevinə bilərsiz.
Hər əlaqənin özünə aid bir sürəti var.
Əlaqələrinizin təbii sürətini artırmaq istəyirsinizsə, bəzən tərs reaksiya ala bilərsiniz. Bəlkə də xoşladığınız rəfiqəniz əslində sizi qısqanır deyə münasibətlərində daim sizdən bir addım öndə olduğunu göstərmək istəyir. Bir-birinizin həyatına bu qədər müdaxilə etmədiyiniz heç də doğru bir şey deyil. Həqiqətən evlənmək istəyib-istəmədiyinizi bilməyiniz əhəmiyyətlidir.
Əlaqənin ən böyük düşməni
Rəfiqəniz illərdir birlikdə olmalarına baxmayaraq hələ də bir-birlərinin cümlələrini tamamlayıb, gözlərinin içinə sevgi dolu baxırlarsa, haqlısınız. Onlar bir-birinə uyğun bir cüt ola bilərlər. Az problem yaşadıqlarını, hətta mübahisılərinin ən çox on dəqiqə davam etdiyini gördükdə sizin münasibətin niyə belə olmadığını düşünə bilərsiniz. Amma bu heç də problem deyil. Əgər tərəf müqabilinizlə söhbət etmək istəyirsinizsə, bunu üçün sadəcə bir şərait yaratmalı və əvvəlcə onu yaxşıca dinləməlisiniz. Dinlənildiyini görən tərəf müqabili təbii ki, qarşı tərəfi də böyük məmnuniyyətlə dinləyəcəkdir. Ən çox danışmaq istədiyiniz mövzuların siyahısını tutun və bir günlük televizora baxmaqdan imtina edin. Gözəl bir şərait yaradın və sadəcə söhbət edin.