Şəhərin aynaları (Şehrin aynaları)
Bəlkə də əhəmiyyətli olan çatacağın yer deyil, hətta keçiləcək yol deyil, sadəcə getmək fikrinin özüdür. Daim köçərilik, bir başqa diyar arzusu, bəziləri Cənnətdəki tuba ağacı kimi. Kökləri var olmağına, sadəcə torpağa bağlı deyil, havada, yuxarıdadır. Bəzilərinin kökləri köçəridir. Mən ağaclardan ən çox tuba ağacına özümü daha yaxın hiss etdim.
Məd-Cəzir (Med-Cezir)
İnsan deyilən varlığı tanımaq, həqiqətən tanımaq üçün yolçuluqlardan başqa fürsətmi olur?
Əraf (Araf)
Getmək əvvəli, axırı olmayan, mənzili məchul olan bir seyri-səfərdir. Çatmaqsa, gediləcək yolu əvvəlcədən çəkilmiş, hədəfi məlum bir dırmanışdır. Getməkdə əsas olan dərə-təpə, uzun yolboyu dayanmadan hərəkət edərək rüzgarı hiss etmək; çatmaqda əsas olan isə, o təpəyə çatdıqdan sonra dayanıb rüzgarı əldə etməkdir.
Getmək xəyal gücü dərin olanların, çatmaqsa, istəkləri əngin olanların işiydi. Getmək qismətə inanmayanların, çatmaqsa, qismətə qaçanların seçimiydi. Birinin kökləri keçmişdə, xəritəsi çox mərkəzlidir; o birisininsə, qolları gələcəkdə, xəritəsi tək mərkəzliydi. Buna görə də birində ağır hərəkət edən qadın, digərindəsə, kişidir.
Eşq (Aşk)
Yolun sonunun hara çatacağını düşünmək bihudə bir səydən ibarətdir. Sən sadəcə atacağın ilk addımı düşünməyə məcbursan. Sonrası onsuz da özü gəlir.
***
Qorxdu, gedib də çatmamaqdan deyil, çatıb dönüş yollarını itirməkdən deyil, dönüb geridə buraxdıqlarını yerində görməməkdən deyil, bir özünü tapmaqdan, tapdığından qoxmaqdan qorxdu.
Pünhan (Pinhan )
İstanbulda bir sevgilin varsa, üstəlik bir də İstanbulu sevirsənsə, nə qədər uzağa qaçırsan, qaç, yenə də yuxularında bu şəhərlə çəkişməkdən qaça bilməzsən.
Şəhərin aynaları (Şehrin aynaları)
Hallarından çox məmnun, həyatlarından razı olub qismətlə bir dəfə olsun duel etməmiş olanlar qabıqlarını qırmaq üçün hər hansı bir səbəbə sahib deyillər. Onlar şəhərdə də yaşayar, sahildə də. Bir də topal quşlar vardır. Yabanı, yararsız ruhlar. Onlar sanki hər mövsüm köç mövsümüymüş kimi dayanmadan uçar , heç cür bir yerə qonmazlar.
Məd-Cəzir (Med-Cezir)
İnsan məmləkətini arxada buraxdısa, özündən ən az bir parçasını fəda etməyə hazır olmalıdır.
Əraf (Araf)
Hələ bir yerə isinməmişkən yenidən yollara düşmək insanın ruhunda qorxunc bir yalnızlıq hissi əmələ gətirir.
***
Köçərilik hesab edilən bir şey deyil, davamlı bir olmaq halında, yəni bir növ ola bilməmək halındasınız. Yaxud da dayanmışsınız, yelkəni endirmiş bir kimliyə veribsiniz yerinizi; olmuş, qonmuş, yerləşmisiniz...
Məd-Cəzir (Med-Cezir)
Yer dəyişmələrin təsiri qəribədir. Müxtəlif saat qurşaqları üzərindən uçmaq bədəndə "bioloji ritm pozğunluğu"-na (jet lag-ın qarşılığı) səbəb olursa, insanın məmləkətindən bir dəfəlik qanadlanıb müxtəlif mədəniyyətlər üzərindən uçaraq yeni bir yerə getməsi də zehni və ruhi "ritim pozğunluğu"-na səbəb ola bilir.
Əraf (Araf)
Birdən-birə hər şeyi anladım: Mənim başqa bir şəhərə getməyimə ehtiyac yoxdur ki. Bütün həyatım boyu həmişə başqa yerlərə, yaşadığım məkandan uzaqlara getmək arzusuyla öz təlaşımdan, istəyimdən, özümlə savaşmaqdan yorulmuş, bezmişdim. İndi isə onsuz da olmaq istədiyim yerdəydim. Tək edəcəyim şey burada qalıb və dürüstcə içimə baxmaqdır. Mən də elə etdim.
Eşq (Aşk)
Aynalar şəhərinə gəldim. Çünki məndən əvvəl yazılmış olan bir hekayənin içindəyəm. Aynalar şəhərindəyəm. Çünki kim olduğumun arxasındayam. Aynalar şəhərinə gəldim, çünki mənim hekayəmin önünü məndən əvvəl qələmə alınmış bir başqa hekayə kəsir. Aynalar şəhərindəyəm, çünki bir dəfə bu bəndi yıxa bilsəm, sular çağlayacaq, dəli-dəli axacaq, hiss edirəm.
***
Yaşadığımız şəhərin xaricində bir gün gedə biləcəyimiz, gedincə yerləşəcəyimiz, yerləşincə sevəcəyimiz bir başqa diyar olmalıır. Yoxsa dözə bilmərik.
Bit Palas
"Ey Konyanın vəliləri, niyə izn vermirsiniz bu yolçuya?"
Bir müddət sonra rüzgar bu cavabla geri döndü:"Ey dərviş, izn veririk, amma bilməlisən ki, bu şəhərdə sənə layiqincə, bir-birinə əks olan iki şey var, ortası yoxdur. Ya saf eşq, ya qatı nifrətlə qarşılaşacaqsan. İstəsən, bunu bir düşün."
"Belədirsə, demək, dərd edəcək bir şey yoxdur."-dedim:"Madam ki, saf eşq var, yetərlidir."
Məd –Cəzir (Med-Cezir)
Bir yerdən bir yerə gedərkən keçiləcək bir şəhər deyildi o, ordaydı; Varlığından qaçmağı imkansız edəcək qədər yaxında və birlikdə var olunmayacaq qədər uzaqdaydı.
Şəhərin aynaları (Şehrin aynaları)
Səndən danışıram İstanbul, küçələrindən, insanlarından, sıxlıqlarından, yalnızlıqlarından bəhs edirəm. Sözlərin içində gizlədirəm həsrətimi, üzlərinin içinə basdırıram öz üzümü. Nə də olsa, əlimi belə vurmadan, toxunmadan daşıya bilərəm səni ovuclarımın içində. Aradabir açıb bağlayaram əllərimi, uç artıq uç biraz uzağa deyə. Sənsə, inadım inaddır deyib daşı çatladan inadınla yapışıb qalarsan vücudumda. Nə evim idin, nə evsiz qaldım səni itirincə. Keçmişim səndə möhürlü deyil, bir gələcək də vəd etmədin mənə. Arada haradasa bilməz kimi ara yerlərin təhlükəsini. Haradasa bu cin tayfasının vurduğu eşiklərdən birində sıxılıb qalıb sənə olan eşqim. Nə səni, nə məni, nə də bizi kiməsə göstərmirəm. Görməsinlər yadlar. Yadlığımı görmək məcburiyyətində qalmayım.
Səni düşünmək nə çətinmiş, şəhər, nə çətin...
Əraf (Araf)
Rənglər və məkanlar kolleksiyasında İstanbulun rəngi bənövşəyidir.