Qadin.NET / Kağız halva (4)

Kağız halva (4)

 

Kağız halva (4)

 

Məhrəm (Mahrem)

Bu həyatda nə edirsən et, əsla ananı dəyişdirməyə çalışma. Anaların qurduğu yaxud qurmadığı münasibətləri soruşma, nəticəsi üzücü olar. Yetkinləşmənin birinci şərti ananı olduğu kimi qəbul etməkdir.

Ata və bic (Baba ve piç)

Bəşər ikiyə ayrılır. Özlərinə gülə bilənlər və özlərinə gülünməsindən zərrə qədər ləzzət almayanlar.

Məd-Cəzir (Med-Cezir)

Özünə gülə bilərsənmi? Amma elə ləng bir təbəssümlə özünə lütf edər kimi deyil, içində bir yerdə sənə səni əks etdirən bir ayna, sənə səni köçürən təlxək varmışcasına gülə bilərsənmi, həm də hər kəsin içində? Özünə lağ edə bilərsənmi, ciddiyə alınmağı dəli kimi istədiyin halda?

***

"Gördün ki, başqaları sənə lağ etmək istəyir, sən onlardan əvvəl et", dedi  Be-Ce. "Hətta ən çox sən lağ et ki, başqalarına fürsət qalmasın. Adını sən qoy daşıdığın mərəzin; hətta baraban, zurna ilə bildir ki, sənə ləqəb taxmağa cəhd edənlərin həvəsləri ürəklərində  qalsın. Gördün ki, başqaları səni əldən salmaq üzrədir, özün özünü talan etməlisən qalxan niyyətilə..."

Kağız halva (4)

Əraf (Araf)

"Hər insanın aid olduğu bir fotoşəkil kadrı vardır" dedi Be-Ce. "İnsan öyrəşdiyi rəsm kadrında  güclü və ya zəif, çirkin və ya gözəl, yeganə və ya adi biridir. Amma aid olmadığı bir rəsmin içinə qoyulsa, bütün sifətlərini itirər. Bir də baxarsan ki, güclü hesab etdiyin o qədər də güclü deyilmiş ya da zəif hesab etdiyin o qədər zəif deyilmiş. Sən də cəhd et. İnsanların ən son aid ola biləcəkləri fotoşəkil kadrlarına yerləşdir zehnində və bir də elə bax onlara. Bax hər şey necə fərqli görünəcək!"

Məhrəm (Mahrem )

Unutma ki, dünyanın bir ucundakı tək bir insanın kədəri bütün insanlığı bədbəxt edə bilər və bir adamın səadəti hər kəsin üzünü güldürə bilər.

Eşq (Aşk)

Əslində hər insan açıq bir kitabdır. Oxunmağı gözlər, hər birimiz yeriyən, nəfəs alan kitabıq əslində, yetər ki, özümüzü bilək.

***

Madam ki, insan əşrəf-i məxluqatdır, yəni var olanların ən şərəflisi, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu xatırlayaraq buna layiq hərəkət etməlidir. İnsan yoxsullaşsa, iftiraya düşsə,  həbsə girsə belə yenə də başı dik, könlü əmin bir xəlifə kimi davranmaqdan əl çəkməməlidir.

***

Əsas kirlilik zahirdə deyil qəlbdə olur. Onun xaricindəki hər pislik və ləkə nə qədər dəhşətli görünürsə, görünsün, yudunmu gedər, suyla təmizlənər. Yumaqla getməyən təkcə qəlbdəki pis niyyətdir.

***

"Qorxduğun zaman  bil ki", pıçıltıyla dedi, "qorxu da, cəsarət də eyni çevrənin parçalarıdır. Bil ki, çevrə sənin içindədir. Demək ki, qorxaq olduğun qədər də cəsur ola bilərsən. Nə qədər dərinə düşürsən düş, bir o qədər yüksəyə çıxa bilərsən. Daim çevrəni xatırla, qorxuyla rastlaşdığın zaman, fəlakətə uğradığında, çuxura düşdüyündə etməli olduğun tək şey çevrədə yeriməkdir. Ta ki, zidd hissəyə çatana qədər, fəlakətin səbəbi hər nədirsə onun ziddinə  çatana qədər."

***

"Ah, körpəm," dedi yaşlı, "Cəhalət qədər artıq bilik də yükdür insana. Bilməmək öz kölgəndən qorxmağa səbəb olur, bilmək isə hüzn verir. Biri xaricdən əhatə edər səni, o birisi daxildən."

Şəhərin aynaları (Şehrin aynaları)

Dərviş dedi ki: "Bəzi insanlar belədir. Öz qorxularını, ön mühakimələrini başqalarına əks etdirir və onlarda gördüyünü düşünür. Bax əsl yük budur. Zehinlərini zənnlərlə doldurur, sonra da bu qədər ağırlığın altında əzilirlər."

***

 

Kağız halva (4)

 

İnsanları izlərkən minlərcə müşahidə edə bilərsən. İnsanları uzaqdan seyr edərkən onlara hər zamankından daha yaxın ola bilərsən. Əgər baxmağı deyil, görməyi bilsən, gözlərin sənə oyun oynamaz doğru görərsən. İçdə gizli olanı, incidəni, qanadanı görərsən. Həmin vaxt anlarsan ki, o dediyin sənsən, seyr etdiyin öz bədənin, öz surətin və ağladığın öz dərdlərindir.

Pünhan (Pinhan)

Həm görülməkdən qorxuruq, həm də görmədiklərimizdən. Görünən olsun deyə əlamət gözləyirik. Möcüzələrə də bu səbəbdən belə əhəmiyyət veririk. Möcüzə görmək istəyirik. Əslində bəzən düşünürəm, sanki bütün varlığımızı və təbii yoxluğumuzu da görmək və görülmək üzərində qurmuşuq.

Məhrəm (Mahrem)

İnsan bir qəbahət işləmişsə, buna şahid olanlarla eyni yerdə artıq dayanmaz. Göz–gözə gəlməz şahidlər ilə qəbahətlilər. Özləri unutmaq istəsə belə, onların bir-birlərinin gözlərində təzələnir hafizələri.

***

Çaylara bənzədirdi insanların fitrətini. Axan sularla birlikdə qaynaşmayan, öz məcarasından bir dəfə belə uzaqlaşmayan, yağan yağışlarla daşmayan, quraqlıqda azalmayan bir çay olsa–olsa kimsəyə xeyri toxunmayan bir su yığını ola bilərdi.

Əraf (Araf)

Sərxoşların  avtomobil sürmələri təhlükəlidir. Bunu hər kəs bilir. Lakin sərxoşların telefon istifadə etmələri avtomobil istifadə etmələrindən daha çox ölümcül nəticələrə yol açdığı halda bu mövzuda heç bir qaydalar mövcud deyildir. Sərxoşkən avtomobil sürənlər təsadüfən hədəflərə çırpılar, anidən qarşılarına çıxan bəxtsiz bir ağac, öz yerində dayanmış nəqiliyyat vasitəsi... nə bir qəsd var bu qəzalarda, nə də bir məqsəd. Sərxoşkən telefon istifadə edənlər isə mütləq gedib sevdiklərinə çırpılarlar.

Əraf (Araf)

Bu günlərdə üzərinə qəribə bir laqeyidlik çökmüşdür. Düşünmürdü, heç bir şeyi düşünmürdü. Artıq hər şey edə biləcəyini hiss edirdi. Madam ki, hər şeyi edə bilərdi, ən yaxşısı heç bir şey etməməkdir.

Eşq (Aşk)

Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu istəsə də, istəməsə də başdan-ayağa dəyişir. Bu yollara girib dəyişməyən yoxdur.

***

İnsan bəzən bir xəritəyə ehtiyac hiss edər. Heç getmədiyi ya da həmişə getdiyi bir yerin xəritəsinə deyil, bir daha əsla getməyəcəyi bir yerin xəritəsinə. Keçmişi bir röya olmaqdan çıxarıb oranın hər vaxt var olduğunu və gələcəyi ümudsizlikdən qurtarıb oranın həmişə  elə qalacağına inandıracaq bir xəritəyə. İnsan bəzən sevgilisinin xəritəsini çıxartmaq ehtiyacını hiss edər. Tərk edilmənin acısını unutdurub acısını çoxaldacaq bir xəritəyə.

23 avqust 2014
GO BACK