Qadin.NET / Səni sevirəm deməyin 7 fərqli yolu

Səni sevirəm deməyin 7 fərqli yolu

Əziz Qadın Netlilər, bu gün sizə Nihal Karaman adlı bir xanımın şəxsi düşüncəsinə əsaslanaraq yazdığı "Sevgi etiraf etməyin yollar"ı xəbərini təqdim edirəm. Nə dərəcədə razılaşacaqsınız, nə dərəcədə yox orasını şərhdə qeyd edin.

"Səni sevirəm" demənin bir çox yolu var. Əlaqəmizin ən başından etibarən yoldaşım mənə bunu sübut etdi. Sevginin dili çox müxtəlif formalı ola bilər və bunu göstərmə şəkli adamın seçiminə bağlıdır. Yoldaşımdan gördüyüm qədəriylə buyurun sizə "səni sevirəm" demənin 7 yolu.
Səni sevirəm deməyin 7 fərqli yolu
1. Sevgi məktubları
"Səni sevirəm" demənin bir yolu sevdiyinizə sevgi məktubu yazmaqdır. Bu dövrdə bir çox insan bunu etmir. Bu əllə yazılmış olmalı məcburiyyətində deyil. Texnologiyanın yaxşı yanlarından biri bu "Word" səhifəsini açın və barmağlarınızın yaza bildiyi qədər sürətli bir şəkildə ürəyinizdən keçənləri yazın. Bunu yazın və sevgilinizin mail ünvanına yollayın. Həyat yoldaşım az qala hər gün sevgi məktubu yazırdı və mail adresimdə təxminən 400 sevgi məktubu var. 
2. Qab-qacaqları yumaq 
Qab-qacaqları yumaq çətin bir işdir bilirəm. Mən də qab yumağa nifrət edirəm. Sevdiyim insan evimə ilk gəldiyində qab-qacaqları yudu və o an evlənəcəyim adamın o olduğunu  başa düşdüm. Həyat yoldaşım hələ də  qab-qacaqları hərdənbir yuyur, çünki mənim uşaqlarla onsuz da məşqul olduğumu bilir. Bir çox işlə məşqul olmasına baxmayaraq qab-qacaqları yuyacaq qədər vaxt saxlayır. Bu onun mənə qarşı nələr hiss etdiyini göstərir.
Səni sevirəm deməyin 7 fərqli yolu

3. Paltarları yumaq

Paltar yumaq, qab-qacaq yumanın tərsinə mənim sevərək etdiyim ev işimdir. Paltaryuyan maşın və quruducu mənim evdəki ən yaxın dostlarımdı, çünki həyatımı çox asanlaşdırırlar. Rəngli paltarlarla ağları ayırmaq çox çətin olmasa da körpə bezi dəyişdirməklə çox məşqul olduğum üçün paltarları yumağı ümumiyyətlə yaddan çıxarıram. Çox vaxt paltarları yoldaşım yuyar. Mənə balam, paltarlar hazırdı, deyir. Bu mənə görə səni sevirəm deməkdir. 
4. Özün üçün vaxt ayırmaq
Buyur sənə pul, gözəllik salonuna, masaj salonuna get, istədiyini et. Bunu neçə qadın yoldaşından eşitməyi ümid edər? Mən o şanslı qadınlardanam, yoldaşım az qala hər həftə mənə özümə ayırmaq üçün vaxt verir. Bu çox gözəl bir jestdir, çünki beləcə ev həyatının xaricində də bir həyatım olur.
Səni sevirəm deməyin 7 fərqli yolu
5. Evə yemək sifarişi
Yemək hər şeyin həllidir! Bəzən qapının zəngi çalır və açdığım zaman pizza qoxusunu hiss edirəm. Pizzanı gətirən adamı xoşbəxtlikdən qucaqlamaq istəyirəm. Zarafat bir yana, evə hər yemək sifariş etdiyində yoldaşımı qucalayıb və dodaqlarına bir öpüş qondururam. Bu iki mənanı verir: yemək pişirməyə ehtiyac yoxdur və yeməyə pul ödəməmə ehtiyac yoxdur. 
6. Ev işləri üçün məsuliyyət
Marketə getmək, süd almaq, bezləri dəyişdirmək, elektrik pulunu ödəmək kimi şeyləri edə bilər. Bunlar siz demədən edilir? Bu eşqdir. Bunları edərkən o qədər vaxtımız keçir ki! Sevdiyiniz bunları etsə bu sizə onun tərəfindən bir mükafat kimi sayılır!
Səni sevirəm deməyin 7 fərqli yolu
7. Ona aid olan işləri görmək. 
Mən çox işləyirəm və bəzən bu həddindən artıq olur. 2 işdə  işləyərkən, eyni zamanda müəllimlik sertifikatı üçün işlədiyim də yadıma gəlir. Vaxt azlığından etməli olduğum işləri edərkən çox çətinliklər çəkirəm. Həyat yoldaşım öz işiylə belə məşqul olarkən belə mənim yazılarıma, məqalələrimdə köməkçi olur. 
Yoldaşına, sevgilinə ya da ailə fərdlərinə sevginizi göstərmənin dəyişik yollarını tapın. Səni sevirəm demək üçün sevgililər gününü gözləməyin. Şkaladlara ya da hədiyyələrə pul xərcləmənizə ehtiyac yoxdur. Kiçik hərəkətlər qarşınızdakının sevildiyini hiss etməsini təmin edəcək. Yaxşı bəs siz? Sevdiyinizə sevginizi necə göstərirsiniz?
1 aprel 2016
GO BACK