Qadin.NET / Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Sizə əfsanəyə çevrilmiş eşq hekayələri xəbərimin son hissəsini təqdim etmək istəyirəm. Buyurun, oxuyun və fikirlərinizi bildirməyi unutmayın.

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Elizabet Bennet və Darsi

Jane Austinin “Qürur və qərəz” romanının iki unudulmaz personajları. Darsi demokratik deyilə biləcək və cəmiyyətdə gözəl yeri olan bir ailənin övladıdır. Elizabet isə kasıb bir ailənin 5 qızından biridir. Bu cütlüyün eşqi cəmiyyətin iki təbəqəsini birləşdirdiyi üçün maraq doğurur.

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Salim və Anarkali

Salim və Anarkalinin eşqi dastan olmuş eşqdir. Babil imperatoru olan Əkbərin oğlu Salim sosial cəhətdən ondan çox aşağıda olan bir təbəqədən Anarkali adlı qıza aşiq olur. Bunu öyrənən imperator bu eşqə qarşı çıxır və ata ilə oğul arasında dava olur. Ölümə məhkum edilən Salimi qurtarmağa çalışan Anarkali isə diri-diri basdırılır.

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Pokaxontas və Con Smit

Bu, Amerika tarixinin əfsanəvi hekayəsi və eşqidir. Pokaxontas yaraşıqlı ingilis vətəndaşı olan Con Smiti qızıldərililərə əsir düşərkən xilas edir və ona aşiq olur. Sonra isə o, Smiti bir də görmür. 8 ildən sonra isə Pokaxontas xristianlıq dinini qəbul edərək İngiltərəyə gedir və yalnız o zaman Conla orada qarşılaşır.

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Cahan şah və Mümtaz Banu bəyim

Hindistanda dillərə dastan olan və hətta bir zamanlar dünyanın yeddi möcüzəsindən biri sayılan Tac Mahal bu cütlüyün xatirəsini saxlayır. Banu bəyim 14 uşaq dünyaya gətirdikdən sonra Cahan şah ona sevgisini göstərmək istəmiş və ona bu hədiyyəni bəxş etmişdir. Beləcə, o, öz sevgisini sübut etmiş və eyni zamanda da öz eşqlərini tarixin vərəqlərinə yazmışdır.

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Mari və Pier Küri

Bu iki cütlüyün eşqi bir elm eşqi idi. Xanım Küri öz ölkəsində təhsilini davam etdirə bilmədiyi üçün Fransaya gedir. O, Fransada Pier Kürinin diqqətini bilmədən öz üzərinə çəkir və beləcə, aralarında bir eşq qığılcımı yaranır. Onlar ailə qurduqdan sonra da birlikdə işləmiş və birlikdə polonium ilə radium elementlərini kəşf etmişlər.

Əfsanəyə çevrilmiş eşq hekayələri (son)

Kraliça Viktoriya və Şahzadə Albert

Bu hekayə ərinin ölümündən sonra düz 40 il matəm saxlayan İngilis kral ailəsinin hekayəsidir. Evliliklərinin 21-ci ilində Albert dünyasını dəyişir. Bu hadisə Viktoriyanı bərk sarsıdır. Viktoriyanın sarsıntısı o qədər dərin olur ki, o, 3 il ərzində adam içinə çıxmadı. Bundan əlavə, bu dərd onu heç bir şeydən təcrid etməmişdir. Onun ölkəni idarə etdiyi dönəmlərdə İngiltərə dünyanın bir nömrəli dövləti halına gəlib çatmışdır.

30 iyul 2014
GO BACK