Qadin.NET / Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Eşq fədakarlıqdır, eşq səmimiyyət və təmizlikdir. Eşqi səhv anlayanlar və adi hissləri də eşq adlandıranlar çoxdur. Eşqlə bir əlaqəsi olduğuna şübhə etsəm də, əfsanəyə çevrilmiş eşqlər barədə növbəti xəbərimi sizə təqdim edirəm. Buyurun, oxuyun və fikirlərinizi də bildirməyi unutmayın.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Orfeus və Euridays 

Çarəsiz bir eşqi təsvir edən antik yunan hekayəsində Orfeus və pəri qızı Euridays çox xoşbəxt və bir-birlərinə güclü bir eşqlə bağlı olan cütlükdür və onlar evlənirlər. Euridaysa bir yunan tanrısı - Aristaeus aşiq olur. Euridays ondan qaçarkən bir ilan onu vurur və o ölür. Onun ölümünə görə Orfeus o qədər üzgün bir mahnı oxuyur ki, bütün pərilər və tanrılar hönkür-hönkür ağlayır. Onların məsləhəti ilə Orfeus yer altına gedərək Aidlə görüşür və onu arvadını oradan götürüb yer üzünə aparmağa icazə verməsi üçün yola gətirir. Aid ona bir şərtlə icazə verir. O, yer üzünə çıxana qədər arxasına dönüb baxmamalıdır. Orfeus həyəcandan deyiləni tərsinə edir və arxaya baxır. Ona görə də arvadını yenidən və bu səfər həmişəlik itirir.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Napaleon və Jozefina

26 yaşlı Napaleon evləndikdən sonra Jozefinaya aşiq olur. Varlı bir ailənin qızı olan Jozefina ondan kiçik olan Napaleonun eşqinə qarşılıq verir. Ancaq hər iki tərəf zina etmək istəmədiyi üçün bir-birlərinə olan eşqlərini ürəklərinə həbs edirlər. Napaleon sonda Jozefinadan ala bilməyəcəyi bir şeyə ehtiyacı olduğunu hiss etdi – bir varis. Ona görə də onlar ayrıldılar.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Paolo və Fransesko

Bu iki cütlüyün eşqi Dantenin “İlahi komediya” əsəri ilə məşhurlaşdı və dillərə düşdü. Bu gerçək bir hekayədir. Fransesko Qiançitto adlı pis xarakterli bir adamla ailəli idi. Amma ərinin qardaşı olan Paoloya aşiqdir. Onların bu eşqləri birlikdə oxuduqları bir kitab sayəsində daha da böyüyür. Sonra isə hər iki aşiq Qiançitto tərəfindən öldürülür.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Skarlet Ohara və Rett Batler

“Küləklə sovrulanlar” əsəri ədəbiyyatın ölümsüz əsərlərindən biridir. Marqaret Mitçelin yazdığı bu roman Skarlet ilə Rettin arasında olan eşq və nifrətdən bəhs edir. Əsər boyu fırtınalı evlilikləri daxili müharibənin təsirləri ilə bərabər irəliləyir. Hər kəslə görüşən və eşq yaşayan Skarlet kimi seçəcəyini qərarlaşdıra bilmir. Amma buna baxmayaraq Retti seçir. Ancaq təəssüflər olsun ki, artıq iş işdən keçmiş olur. Çünki Rett artıq ondan soyuyub uzaqlaşmışdır.

Əfsanəyə çevrilmiş eşq hekayələri (2)

Piramus və Zasbi

Bu cütlüyün eşqi o qədər eqoist bir eşq idi ki, onların hətta birlikdə öləcəklərinə də inanırdılar. Piramus və Zasbi qonşu olan və böyüdükcə bir-birilərinə aşiq olan iki gənc idi. Ailələri onların evlənməsinə qarşı çıxdıqları üçün bir gecə evdən qaçaraq bir ağac altında görüşmək qərarına gəlirlər. Zasbi görüşə tez gedir. O, ağacın altında gözləyərkən ağzı qanlı bir şir ona yaxınlaşır. Zasbi qorxur və qaçmağa başlayır. Qaçarkən dəsmalı yerə düşür. Ağacın altına gəldiyi zaman Zasbinin dəsmalını şirin ağzında görən Piramus düşünür ki, şir onu parçalayıb. Sevgilisinin yoxluğuna dözə bilməyəcəyini düşünən Piramus öz qılıncı ilə özünü öldürür. Qayalıqların ardında gizlənən Zasbi oradan çıxanda sevgilisinin öldüyünü görür və onun sinəsindəki qılıncı çıxararaq özünü öldürür.

27 iyul 2014
GO BACK