Qadin.NET / Ayrılığa kədərlənməmək üçün 7 səbəb

Ayrılığa kədərlənməmək üçün 7 səbəb

Dostluqlar və əlaqələr təəssüf ki, hər zaman arzu etdiyimiz kimi davam etmir. Heç kim ayrılmaq üçün münasibət qurmaz, ancaq istəklərimiz hər zaman baş tutmur və bir-birini  anlamamaq özünü biruzə verə bilər. Xoşbəxt bir münasibətimiz varkən bir gün tək qala, aldadıla bilərik. Qurtaran əlaqənin ardından yaşlı gözlərlə əlimizdə salfet, özümüzü günlərlə yatağa dustaq etməyimizin nə özümüzə, nə də bir başqasına faydası olmayacaq. Bəs nə edək? Budur, son verilmiş əlaqənin ardından kədərlənməmək üçün etibarlı 7 səbəb!

Ayrılığa kədərlənməmək üçün 7 səbəb
Artıq sərbəstsən
Bəli, artıq həyatında həmişə hesab verəcəyin bir insan yoxdur. İstədiyin saatda, istədiyin yerə, istədiyin insanlarla getməkdə azadsan. Bir şey edərkən iki nəfərlik düşünməyinə artıq ehtiyac yoxdur. Tək adam olaraq yaşaya bilərsən. Azadlığını dadını doya-doya çıxara bilərsən. Əlaqədən qaynaqlanan bütün "olmaz"larla qurtarmısan. Artıq istədiyin hər paltarı geyə bilərsən.
 Ailənizə kiçik yalanlar deməyinizə ehtiyac qalmayacaq
Yaşımız neçə olursa-olsun, biz hələ ailəmiz üçün kiçik uşağıq. Buna görə də oğlan dostlarımızın olması mövzusunda problemlər ola bilər. Sizi başa düşsələr belə, oğlan dostlarınızla edəcəyiniz hər şeyə icazə verməyəcəklər. Bu, hamımıza məlumdur. Buna görə də artıq oğlan dostlarınızla konsertə, görüşə gedərkən ananıza kiçik yalanlar deməyinizə ehtiyac yoxdur.
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
Qızlarla əylənməyin səfası
Həyatınızda biri varkən istər-istəməz rəfiqələrinizlə aranız soyuyur. Bütün boş vaxtınızı onunla keçirmək istəyirsiniz. Çünki o, sizin sevimlinizdir. Ancaq artıq belə bir sevimli olmadığına görə bütün boş vaxtınızı rəfiqələrinizlə keçirə bilərsiniz. Yığılan dedi-qodular sizi buna peşman etməyəcək. 
Yeni birini tanıma həyəcanı
Əlaqələr bitə bilər, bu, dünyanın sonu deyil. Bitən əlaqənin arxasından aylarla, illərlə yas tutmağınız özünüzə zərərdən başqa bir təsiri olmayacaq. Özünüzü hazır hiss etdikdə yeni biriylə tanış olmaq və tanımağa çalışmaq çox əyləncəli və həyəcanlı bir iş olacaq. Başqa insanlara fürsət verin və xoşbəxt olmağa cəhd edin.
Ayrılığa kədərlənməmək üçün 7 səbəb

Bütün həftə davam edən yorğunluğa son

Artıq həmişə birlikdə olduğunuz bir  dostunuz olmadığına görə evinizdə daha çox vaxt keçirəcəksiniz. Bu da sizin daha az yorulmağınız və çox dincəlməyiniz deməkdir. Bütün həftə məktəb, iş deyərkən bir həftəsonu dostunuzla görüşmək çox vaxt yorucu olur. Artıq evdə doyunca vaxt keçirə bilərsiniz.
Daim gözəl olmaq məcburiyyətində deyilsiniz
Daim görüşdüyünüz bir dostunuz olmadığına görə artıq çöldə rəfiqələrinizlə gəzərkən çox gözəl olmaq və makiyaj etmək məcburiyyətində deyilsiniz. Bu, özünüzü rahat hiss etmək üçün gözəl fürsətdir.
Nəyisə planlaşdırmağa ehtiyac yoxdur
Artıq daim gələcəyi düşünərək evlilik planları qurmağınıza ehtiyac yoxdur. Əslində bu məsuliyyət hər kəs üçün ağır bir yükdür. Artıq plan qurmadan, gələcəyi düşünmədən sadəcə  bu gününüzü yaşayaraq xoşbəxt olmağa çalışa bilərsiniz. Doğru vaxtda doğru adamı tapmaq üçün ayaqlarınızı uzadıb gözləməyin vaxtı gəldi.
Ayrılığa kədərlənməmək üçün 7 səbəb
11 iyul 2014
GO BACK