Qadin.NET / Sevən qısqanarmı?!

Sevən qısqanarmı?!

Sevən qısqanarmı?!
Evliliyin xüsusilə ilk ili həmişəkinin əksinə olaraq tərəflərin münasibəti gərgin olar bilər və ya onlar sadəcə olaraq münasibətlərinin normal olduğunu düşünə bilərlər. Bu vəziyyətdə xüsusilə cütlərin bir-birlərini daha yaxşı tanımaları, ünsiyyəti öyrənmələri, qərar vermə və problem həll etmə bacarıqlarını inkişaf etdirmələri üçün bir evlilik kurslarına ehtiyac ola bilər. 
Qısqanclıq ctlər arasında problem yaradan səbəblərdən pn sırada olanıdır. Bu o demək deyil ki, hər kəs qısqanclığın əleyhinədir. Əksinə elə cütlər də müşahidə edilibdir ki, onlar düşünürlər ki, əgər qarşı tərəfdə qısqanclıq yoxdursa və ya getdikcə azalırsa, demək onun sevgisi də azalır. Qısqanılmadığı zaman özünü tək və dəyərsiz hiss edən fərdlərin yoldaşları onları qısqanmadıqda özlərini bədbəxt və lazımsız kimi hiss edirlər. Əslində qısqanclıq da digər bir çox duyğu kimi funksional, qaçınılmaz və son dərəcə təbii bir duygudur.
Sevən qısqanarmı?!
Əslində romantik sayıla biləcək bir qısqanclıq münasibətlərin düzəldiməsi və möhkəmləndirilməsində çox böyük əhəmiyyətə malikdir. Bu hiss əlaqəyə bir zənginlik, bir həyəcan gətirə bilər və yoldaşlar arasındakı qısqanclıq davranışları sevgi və maraq göstəricisi olaraq qəbul edilib əlaqəni daha da möhkəmləndirər. Hətta bəzi cütlər bir-birlərinə olan bağlılıqlarını və sevgilərinin dərəcəsini yoxlamaq üçün ortaq olduqları mühitlərdə bir-birlərini qəsdli olaraq qısqandırmağa çalışırlar. Bunun nəticəsində də bir-birlərinə olan marağının artmasını ümid edirlər. Çox irəli gedilmədiyi təqdirdə bu yoldaşlar arasındakı münasibətə xələl gətirməz. amma belə bir şeyin edilməsi heç də doğru və xoşa gələn bir şey deyil.
Sevən qısqanarmı?!

Hər şeyin çoxu zərərli olduğu kimi qısqanclığın da son həddi zərərlidir ki, bu artıq qısqanclıq olmaqdan çıxır. Bu tip insanlar bu hissi qısqanclıq kimi qəbul etsələr də, əslin bu artıq başqa bir problemin meydana gəlməsinin ilkin göstəricilədir.

Bu tip insan ətrafına narahatlıq verər. Qısqanılan fərd isə bir təzyiq, məhdudlaşdırılmaq, qorxu və çətinlik duyğusu yaşamağa başlayar və əlaqənin özünü əsir aldığını hiss edər. 
İnsanların niyə patoloji qısqanclıq yaşadığı sualına dəyişik cavablar tapıla bilər. Özünə etibarları olmayan, ətraflarına inanmaqda çətinlik yaşayan, bir başqasına bağlanma problemi olan, daim itirmə, tərk edilmə, aldadılma hissləri yaşayan, sevmək anlayışını sahib olmaqla qarışdıran, etibarsızlığını dəstəkləyən keçmiş həyatları olan və ruhi bir xəstəliyi olan fərdlərin daha asan patoloji qısqanclıq yaşadığı bilinməkdədir. Patoloji qısqanclıq dağıdıcı bir hissdir, əlaqəyə zərər verər və müalicə edilməsi lazımdır.
Sevən qısqanarmı?!
Əsl hisslərdə bir-birinə inamsızlıq və etibarsızlıq kimi hallardan danışmaq belə mümkün deyil. Çünki bu hisslər əsl sevgidən uzaqdır. Qısqanclıq isə inamsızlıqdan deyil, sadəcə olaraq sevgidən irəli gələn bir hissdir. Əgər qısqanclıq artıq öz həddini aşmış və qısqanclıqdan çıxmışdırsa, bu zaman onun səbəbləri araşdırılmalı və məntiqli bir həll yolu tapılmalıdır. 
3 mart 2016
GO BACK