Əgər hər hansısa bir ailədə uşaq dünyaya gəlirsə, bu zaman həmin ailədə uşağa qayğının artımı ilə əlaqəli olaraq romantika getdikcə azalmağa başlayır. Amma romantikanı hər zaman yaşatmaq lazımdır. Buna görə də aşağıdakı məsləhətlərimizdən faydalana bilərsiniz.
Evdə film gecəsi hazırlayın
Bu ən asan və rahat hazırlaya biləcəyiniz bir vasitədir. Filmi müxtəlif yerlərdən icarəyə götürə və ya internetdən faydalana bilərsiniz. Sizdən asılı olan sadəcə olaraq buna cəhd etməyinizdir. Etməyiniz lazım olan isə uşağınız yatandan sonra zəif işıqlar altında yoldaşınızla romantik bir film izləməkdir.
Özünüzü şirniyyatla əzizləyin
Axşam yeməyinizi ailəvi yesəniz belə şirniyyat süfrəsi üçün xüsusi bir şeylər edə bilərsiniz. Mətbəxdə birlikdə işləmək sizin üçün əyləncəli və olduqca ləzzətli hala gələ bilər!
Hər şeyi söndürüb birlikdə söhbət edin
Televiziya səs-küyləri, kompüter ekranlarından gələn işıqlar, ağıllı telefonlarımızın xəbərdarlıq səsləri arasında gündəlik həyatda sevdiyimiz insanlara nə qədər az vaxt ayırdığımızı fərq etmək olduqca çətindir. Bir gecə seçin və evdəki bütün elektrik alətlərini söndürün. Fikrinizi yoldaşınıza yönəldin və həmin an yalnız bir-birinizlə maraqlanın. Söhbət edərkən isə uşaq, iş və pul barəsində danışmayın. Gözəl günlərinizi xatırlaya, gözəl şeylər barədə danışa bilərsiniz.
Uşağınız olduqdan sonra bütün vaxtınızın, enerjinizin uşağınıza yönləndirilməsi çox normal bir haldır. Ancaq bir valideyn olmaqla yanaşı cütlük olaraq da aranızdakı əlaqəni güclü saxlamağı bacarmalısınız. Bu isə heç də çətin deyil. Sadəcə olaraq yoldaşınıza daim sevginizi göstərin.