Qadin.NET / Onu özünə aşiq et

Onu özünə aşiq et

Bəli, bu sual illərdir cavab gözləyir və bəlkə də bu suala hər kəsin özünəxas bir cavabı var. Bu cavablar öz təcrübələrindən qaynaqlandığı üçün hamısı həm çox doğru idi, həm də çox səhv. Buyurun, burada mənim bir insanı özümə necə aşiq etdiyim yollarının siyahısı! Siz də tamamilə azad bir şəkildə bu yollardan faydalana bilərsiniz. Mən indiyə qədər bu yolları tətbiq etdiyim üçün peşman olmamışam! 

Əgər özünü tuta bilmir və daha əvvəl heç etmədiyin hərəkətləri edir, ətrafındakıların təəccübünü hiss edir və hətta bütün bu fərqliliklərin səbəbini tapa bilmirsənsə, mən deyim: Aşiq olmusan! Kimə? Ətrafına sakit bir şəkildə bax, ürəyini hiss etməyinə səbəb kim olub? Doğru cavab məhz ətrafındadır. İndi isə növbə onu sənə aşiq etməkdədir! Bu problemin də həlli var.

Onu özünə aşiq et

1. Görünüşünə diqqət et: Geyimlərinlə və makiyajınla hər zaman maraq çəkməlisən və fərqlilik yaratmalısan. Bu fərqlilik bir bəyənmə yaratmalı və marağı sənin üzərinə yönəltməlidir. Hər kəs özünəbaxan adamları xoşlayır. Bir kişinin sənə aşiq olmasının yolu gözəl görünməkdən və baxımlı olmağından keçir. 

2. Zəngin görün: Burada maliyyə zənginliyindən bəhs etmirəm, davranışınla və harəkətlərinlə zəngin bir model yarat! İndi isə birinci maddəni yenidən oxu, çünki zənginliyin əsas mənbəyi birinci maddədə gizlənib. 

3. Məşhur ol: Hər kəsin səninlə əlaqədar bir və ya iki gözəl cümləsi olsun. Sosial həyatında çox aktiv olmalısan. Səni tanıyanların sayı qətiliklə sənin tanışlarının sayından çox olmalı və hər zaman tanış olunmaq, sphbət edilmək istənilən adam olmalısan. Bunu necə edəcəyin isə birinci və ikinci maddələrdə yazılıb. Onları da artıq oxuyubsan. 

4. Xoşbəxtlik və eşq mahnıları oxu: Bu, qətiliklə işə yarayır. Kişilər sənətlə maraqlanan qızları xoşlayırlar. Səsinin gözəl olması əhəmiyyətli deyil, müsbət mahnılarla onun marağını çəkə bilərsın.

Onu özünə aşiq et

5. Onu bir restorana dəvət et: Yeməyi sən ödə və onun ən az üç saat özündən bəhs etməsini təmin et. Əmin ol ki, bu yolla sənə açılacaq və onu diqqətlə dinlədiyin üçün də səndən xoşu gələcək.

6. Onunla maraqlanırmış kimi görün: Onun problemləriylə marağlandığını göstər, burada süni belə ola bilərsən. Çünki süni və ya təbii olmağını kişilər fərq etməzlər. Narahat olma, bu hər cür işə yarayar və səninlə marağlanmağa, səni daha yaxından tanımağa həvəsli olar. 

7. Ona çox sual vermə: Ona çoxlu sual verməyin dolayısıyla onu özündən uzaqlaşdırmağına səbəb olar.

8. Hər zaman eyni usulları işlədə bilməzsən: Ona görə də yaradıcı və özünəməxsus üsullarla ona yaxınlaş. Onu tez-tez çaşdır. 

9 Spirt işə yaraya bilər:  Bəzən spirt sənə çox daha sürətli bir başlanğıc etməkdə köməkçi olar. 

10. Özünü fiziki olaraq onunla maraqlanmamış kimi göstər: Hətta başqasıyla əlaqədarmış kimi davran. Bu onu qısqandıracaq və səninlə daha çox marağlanmağa başlayacaq. 

11. İlk zamanlarda, xüsusilə onunla yeni tanış olanda özünü çox da seksual göstərmə: Bu olduqca itələyici bir vasitə olar və səndən qısa müddətdə soyuyar və heç istəmədiyin nəticələr yarada bilər. 

12. O danışarkən etdiyi səhvləri əsla düzəltmə: Əsla!

Onu özünə aşiq et
13. İstəklərini və məqsədlərini ona bildir: Lakin bu şəkildə hərəkət edərkən yeddinci maddəni yaxşıca anladığına əmin ol! 
14. Bir qəhrəmanlıq et və bu sayədə onun səni fərq etməsinə səbəb ol: Məsələn, bir məktəb yoldaşına dərslərində kömək edə bilər və ya iş yerində bir yoldaşının irəli getməsi üçün ona yol göstərə bilərsən. 
15. Gözəl, təbii hadisələri birlikdə izləyin: Bu bir günəş batımı və ya bir dəniz kənarı ola bilər. Kainat hər zaman köməkçi olmaq üçün hazırdır, bunu unutma! 
16. Təbii halını ondan bir müddətə də olsa gizlət:  Burada ilk üç maddənin tətbiqi olduqca əhəmiyyətlidir. Qoy o sənin təbii haını əlaqəniz başladıqdan sonra öyrənsin. 
17. Zamanla kiçik yalanlar deyib özünü olduğundan fərqli göstərə bilərsən: Bunda nə pislik ola bilər ki! Lakin ifrata qaçma, yoxsa kələfin ucunu qaçıra bilərsən! 
18. Onu gözəl bir otelə apar:  Bu hər zaman işə yarayar! 
19. Onu əyləndir: Hər zaman şən ol və izah edəcək gözəl hekayələrin olsun. Bütün kişilər onu güldürən qadınları xoşlayır.
20. Ona hədiyyə ver: Bir hədiyyə almaq hər kişini xoşbəxt edər və bunun geri dönüşü sənə çox böyük bir şərait yaradar.
21. Onun iç aynası ol: Onun hər zaman görmək istədiyi insan ol. Səninlə özünü hər zaman xoşbəxt hiss etsin.
Müəllif: Selcan Cabukel
14 mart 2016
GO BACK