Qadin.NET / Məhəbbətin tipləri

Məhəbbətin tipləri

 Məhəbbətin tipləri

Eros

Deyilənlərə görə, eros - cazibə, şəhvətdir. Eros - cinsi meyllikdir, istək, ehtirasdır. Erosun məqsədi kələksiz, hiyləsiz həyatın davamıdır, o, elə həyatın özüdür. Bu, günəş və işıqda hərəkət edən sevgidir.

Filiya

Bu, dost bağlılığıdır. Filiya təkcə insanlara qarşı deyil, həm də əşyalara, məşğələlərə qarşı yaranır (burada filologiya -sevgi, mətn, həqiqi fikirlər mənasını verir). Bir sözlə, bizə ləzzət, həzz verən hər kəs və hər şeydir. Erosdan fərqli olaraq, bizim fikirlərimizi soruşmur. Yəni filiya - sərbəst seçim hissidir. Dostun bir-birinə sədaqəti, bu kontekstdə bütün dünya qarşısında öz hüquqlarının sərbəst seçiminin təsdiqidir. Dostlar - bizim seçdiyimiz ailədir.

Məhəbbətin tipləri

Aqape 

Məhəbbət - xidmət, məhəbbət - qurban deməkdir. Ən böyük və ideal məhəbbət sayılır. Çox vaxt aqapeni analıq məhəbbəti adlandırırlar. Aqape - Allaha, Vətənə olan məhəbbətdir. Aqape - həyat naminə, qabiliyyətini düşünmədən uğrunda ölməkdir. 

Storqe

 Ailə üzvlərinə olan məhəbbətdir. Filiyadan fərqli olaraq storqe insanlara qarşı olan hissdir. Biz həmin insanları özümüz seçmirik. Bu hiss qandan, ailəyə sadiqlikdən, genetikadan yaranır. Storqe üçün səbəb yoxdur (məsələn, "Mən onu sevirəm! Çünki o, mənim atamdır"). 

Məhəbbətin tipləri

Praqme

 Məhəbbət - fayda, "hesablanma" üzrə. "Mən səni sevirəm, çünki sən mənim üçün idealsan". Filiyadan fərqli olaraq praqmedə meyarların siyahısı əvvəlcədən rəsmiləşdirilir, hesablanır, obyektin axtarışı məqsədyönlüdür, obyekt seçilir və ona yaxınlaşılır.

Maniya

 Məhəbbət - bağlılıq. Aqapedən fərqli olaraq maniya eqoistlikdir. "Mən səninlə olmaq istəyirəm, mən sənsiz ölərəm". Filiya kimi həm insanlara, həm əşyalara olan istəkdir. Maniya bütöv olmadan mövcud ola bilməz. Bu hiss elədir ki, hamıdan sevgi almaq istəyirsən, amma özün üçün yalnız birini seçirsən.

Məhəbbətin tipləri

Lyudus

 Məhəbbət oyunu, məhəbbət teatrı adlandırılır. Qadın vücudu naz, işvə istəyir. Oyun qabaqcadan planlaşdırılır və hazırlanmış qaydalara görə aparılır. Yəni təhlükəli əlaqələr, amansız oyunlar, intellektual aerobika və s. Aktyorluq məharətinə heyran olub özünü seyr etmə, güzgüdə öz istedadına valeh olmaq hissləri yaradır. Çox maraqlıdır, amma əslində soyuq və qənaətcildir. Lyudus əsasən sevgililik və məşuqəlik münasibətlərində tez-tez olur, çünki digər hisslərdə əsl sevgidə olduğu kimi baş verir, yəni əvvəlcədən planlaşdırılmış qaydalarla olmur.

11 iyun 2014
GO BACK