Qadin.NET / Sevək və sevilək

Sevək və sevilək

Sevək və sevilək

Sevək və sevilək!

Kişilər və qadınlar arasında elələri var ki,sevməyi bacarmırlar.Yada qarşısındakını dəyişməyə çalışırlar.Bəs siz necə sevdiyinizlə münasibətiniz istədiyiniz kimi gedir,yoxsa çatışmayan nələrsə var.Elə isə bu testlə sevgimizin nə dərəcədə olduğunu yoxlayaq.
Yaxşı aşiq nəyə qadiridir?
A)Sevgisi uğruna her gün özünü qurban edər.
B)Sevgisi uğruna həyatını verər
C)Onun üçün dünyanı dəyişər.
Uzunmüddətli münasibətlərin təminatı nədir?
A)Maddi bağlılıq
B)Sönməyən sevgi
C)Dostluq,qarşılıqlı anlaşma və dərin bağlılıq
Sizcə,sevgiliniz sizi nə zaman qiymətləndirir?
A)Bahalı hədiyyələr edəndə
B)Təhlükəli situasiyalarda düşünmədən köməyinizə çatanda
C)Heç zaman çatışmayan cəhətlərinizi vurğulamayanda
Bir neçə müddət birlikdə yaşayandan sonra sevgilinizdə bəzi xoşagəlməz xüsusiyyətlər görürsünüz.Buna görə siz:
A)Çalışırsınız ki,onlar yoxa çıxsın
B)Münasibətləri kəsirsiz
C)Onun olduğu ki,görünməyə haqqı var deyərək daha çox yaxşı cəhətlərinə fikir verirsiniz.
Mən səni sevirəm” sözləri nə zaman deyilir?
A)Siz bunu xahiş edəndə
B)Sizlə danışanda həmişə deyir.
 C)Təbii alınır
Yanınızda partnyorunuz başqası ilə maraqlanırsa?
A)Ona yalnız sizin ki,olması üçün yalvarasınız.
B)Rəqibinizi “öldürəcəyinizlə” hədələyərsiniz
C)Düşünərsiniz ki, o,yalnız sizə heyran olmamalıdır.
Uşaqlar sizin üçün nə anlama gəlir?
A)Bu sevdiyinizi əldə saxlamaq üçün bir yoldu
B)Bu sizin məhəbbətinizi korlaya bilər
C)Bu,sizin ikinizində diləyidir
Kosmetik vasitələr və parfümeriyadan tez-tez istifadə edirsiniz?
A)Arabir
B)Sevgilinizlə görüşə hazırlaşanda
C)Həmişə, bu adi qulluqdur.
Partnyorunuzda təəssürat yaratmağa çalışırsınız?
A)Xeyr,belə də hər şey yaxşıdır.
B)Ancaq bunu edirsiniz
C)Siz fərqli bir şeylə heyrətləndirməyi sevirsiniz.
Hansı deyimlə razılaşırsınız?

A)Məhəbbətdə ilk təşəbbüsü həmişə kişi etməlidir

B)Əgər təşəbbüsü qadın edirsə kişi özünü maraqsız hiss edir

C)Kişilər cox vaxt təşəbbüsü qadınların öhdəsinə buraxırlar
Sonuncu söhbətinizi xatırlaya bilirsiniz?
A)Bu, önəmli deyil
B)Bəli, onun hər biri sözü sizin üçün vacibdir
C)Bəli, onunda yadında olduğundan əminsiniz
NƏTİCƏLƏRİ HESABLAYAQ
Əgər “A” cavabı çoxdursa:
Deyəsən,sizə nə isə çatmır.Ya münasibətləriniz “ölüb”, ya da yanınızda istədiyiniz adam deyil
Əgər “B” cavabı çoxdursa:
Siz əla sevgilisiniz,amma sevginin məğzini elə də dərindən anlamırsınız.Ola bilsin yenicə aşiq olmusunuz və sizi konkret insan yox,məhəbbət ideyasının özü həyacanlandırır
Əgər “C” cavabı çoxdursa:
Sizin sevginiz realdır və partnyorunuzla münasibətləriniz düzgün qurulub.Əgər hazırda tənhasınızsa, bu yalnız təsadüfdür.Bir az da gözləməlisiniz
Məndən bu qədər İnşallah cavablarınız ürəyinizdəki kimi çıxar..... love



 

30 yanvar 2011
GO BACK