Ayrılıq- bir çox insan tərəfindən istənilməyən haldır, yəni hissi-fiziki təmasın minimuma enməsi və ya sona çatmasıdır. Ayrılıqdan sonra fərdlər maddi-mənəvi çöküntülər yaşayır, bəziləri dərin psixoloji zədə alırlar. Ayrılıq dövründə, yas müddətində fərdlər hüzün, qırğınlıq, qısqanclıq, ümidsizlik kimi xoşagəlməz hisslərə qapılırlar. Bu cür hisslər fərdləri böyük stresə məruz qoyur. Bəzən bu stres, xüsusilə kişilərdə çox əsəbləşməyə səbəb olur. Romantik münasibətlərdən sonrakı ayrılıq müddəti daha sancılı keçir.
Ayrılıq çəkən fərdlər özlərində bu fikirləri tez-tez təkrar edirlər:
1. "Bir daha əsla xoşbəxt ola bilməyəcəyəm."
2."Onun kimisini heç vaxt tapa bilməyəcəyəm."
3. "Hər şey çox pis olacaq."
4. "Artıq zamanım boşuna keçir."
5. "Belə olmalı deyildi, bu mənə qarşı haqsızlıqdır."
6. "Bu başıma gələ biləcək ən pis hadisə idi."
7. "Mən çirkin, dəyərsiz olduğum üçün məndən ayrıldı."
Eşqin iztirabını çəkib, göz yaşı tökənlərə türk professoru Dr.Sedat Özkan resept yazdı:
Bitmiş eşqin ardından iztirab çəkmək normaldır, amma bu iztirab 2 ayda sona yetməlidir. Bu müddət 6 ayı keçərsə, həkimə getməlisiniz, cünki bu ağrılara artıq dərmanlar kömək etməz.
Alimlər müəyyən etmişlər ki, eşqin iztirabını çəkənlər həm də fiziki ağrıları çəkməli olurlar.
Diş ağrısı: Eşq iztirabı çəkən insanlarda çənə qismində olan ağrılara çox təsadüf edilir. Streslər daxilə vurduqca, hətta dişlərin də ağrımasına səbəb olur.
Ürək ağrısı: Əslində ürək həqiqətən ağrımaz. Streslə əlaqədar "ürəyim ağrıyır" deyən insanlarda bu psixoloji haldır. Hisslərini ürəklə bağladıqları üçün belə hiss edirlər.
Qadınlar eşq iztirabını kişilərdən daha çox çəkərlər. Kişilərdə bu iztirab yalnız bir neçə fiziki rahatsızlıqla, təzyiq, mədə və ya bağırsaq rahatsızlıqları ilə büruzə verir. Qadınlarda isə, daha çox stres yaşanır. Çünki qadınlar sevdikləri insana həddən çox bağlandıqları üçün, qopmaları da belə çətin olur. Ona görə də əziz xanımlarımız, belə bir hal sizdə də baş veribsə, diqqət edin ki, ayrılıq iztirabı 2 aydan uzun sürməsin.