Bu gün sizə təqdim edəcəyimiz mətn Ülviyyə xanımın tərcüməsidir. O qədər dərin mənası var ki, oxuduqca xəyallar aləminə səyahət edirsən. Siz də bu "səyahətə" qoşulun əziz Qadın.Netlilər.
İki sevgili qocalıb öləcək bir gün. Birinci qadın öləcək, sonra isə kişi. Qadın kişidən əvvəl ölmək istəmişdi çünki. İllər öncə söz vermişdi ki, sevgilisinin sabah öləcəyini hiss etdiyinində həmin gün özü öləcək. Qadın birinci ölmək istəyirdi və öləcək.
İki sevgili qocalıb öləcək bir gün. Qadın daha əvvəl ölmək istədiyi üçün birinci öləcək, istəyi ilə onun bədənini yandıracaqlar. Ruhu qəlbləri yandırırdı sağ ikən, öləndə də bədəninin yandırılmasını istəyəcək. Bir də başqa şey istəyəcək. Şəffaf şüşəyə töksünlər külünü, qoysunlar bir bağçada güllərin arasına. O şəffaf şüşədə sakitcə sevgilisini gözləyəcək. Gec gəlsə üsyan etməyəcək. Sakit, səssiz gözləyəcək. Bir gün sevgilisi də öləcək, bədəni qocalığa dözməyib, təbiətə məğlub olacaq. Və həmin gün…
İki sevgili qocalıb öləcək. Birinci qadın öləcək. Qadın gözləyəcək. Sevgilsinin ölümünü yox, öz arzularını. Və kişi də öləcək. Qadınından bir az sonra. İstəyəcək ki, onun da bədənini yandırsınlar. Sonra qadının onu gözlədiyi həmin şəffaf şüşəyə töksünlər. Qoy külləri qarışsın, küllərinin hər dənəsi, hər tozu qarışsın bir-birinə. Bir zamanlar bədənləri, ruhları qarışırdı bir-birinə, indi külləri qarışacaq. Zərrələri bir-biri ilə qucaqlaşacaq. Bədənləri qarışanda çıxan alov, indi küllərini birləşəndə çıxacaq. Alov şüşəni çatladacaq.
Sonra torpağa qarışacaqlar və qarışdıqları torpaqda bir gül bitəcək. Əslində torpaqda kül bitəcək, torpaq o gücə dözə bilməyib onu bitirəcək, özündən yüksəyə buraxacaq. Həmin gün kül bitəcək, amma hamı onu gül kimi görəcək…
Və iki sevgili qocalıb öləcək. Ölümdən qorxmayıb öləcəklər. Küllərini birləşdirmək üçün. Birinci qadın öləcək, axı belə istəyib həmişə.. Sevdikləri nə zamansa öləcəksə, onlardan bir gün qabaq ölməyi istəyib.. Bunu özü seçib..
Amma heç kim unutmasın: Birinci qadın öləcək…
Ülviyyə