Tanrı dünyani yaradanda söz verdi ki, dünyanın bütün künclərində ağıllı, müdrik və gözəl qadınlar olacaq. Daha sonra o dünyanı kürə formasında yaratdı. Ardıyca güldü... güldü... və sadəcə güldü!... Tanrı üçün bir yaradılışsan. Mənim üçünsə bir dünya. Tanrı tək yaradan deyil, yaratdığına həyat bəxş edən, onu sevgiylə yaşadandır. Tanrı sevginin özüdür. Bəlkə də xəyallardadır...
Xəyallar çox şirin olur. O vaxt ki reallığı görürsən, bax onda xəyalları deyil, həyatı yaşayırsan. Axı gördüyündən kənarda da həyat var. Dünyaya xəyallarla öz pəncərəndən yanaşmaq bir seyrçilikdir. Həyat yaşamaq üçündür. Yaşamaq və yasatmaq... Xoşbəxtliyi gəzdiyiniz xəyallar bəzən həyatda səni izləyir, sənin verəcəyin dəyəri gozləyir... Şans və alacağın dəyər həyatına sevgi dolu bir gözəllik qatir.
Sevgi hər an yaşanır kecmişdə, indi və gələcəkdə.. Keçmiş xatirələrdə bitib tükənir. Bu anın var dəyər verəcəyin... Bir an sonra yaşayacağın həyatını təyin etmək üçün. Bunun üçün düşünmək, düzgün qərar vermək - bax bu sənin əlindədir. Düzgünü qiymətləndirməyi bacarmaq kimi bir xoşbəxtlik qazanmaq da mümkun deyl. Düzgünlük həqiqətdir... Həqiqətsə sevginin mayakıdır...
Əsas özünə və sənə olan sevginin dəyərin anla. İnsanlar ilk çətinlikdə onlara yardım olacaq əlin özündə olduğunu öz sevgisini dəyərləndirəndə bilir. Sənə olan sevgini isə səndə iki əlin olduğunu və biri ətrafdakılara qayğı üçün olduğunu anlayanda dəyərləndirməyi bilirsən. Bəzən düşünürəm qadınların onları seven və anlayanlara ehtiyacları yoxdur və dəyər vermirlər. Onlara nə qədər gözəl olduqlarını deyənlərə inanır, güvənirlər. Sevgi ruhun gözəlliyini canlandırır.
Mən sənin ruhunu sevirəm...