Unutmaq çətindir...qəlbinizə yer edən duyğuları söküb ata bilmək,həm də hər şeyilə.Sizə qarşı edilmiş hər hansısa hərəkəti içinizdə həzmedə bilmək.Bu lap acı...Unutmaq-əslində unutmağa çalışmaq deməkdir.Bu çətin bir duyğunu daxilinizdə təkbaşına yaşayırsınız.Kaş ki unutsaydım ya unuda bilsəydim deyə fikir edirsiniz.
Anidən “bəlkə unudulmuşam,heç xatırlanmıram da” deyə düşünmək,sanki daxilinizdə olmayan bir burulğan yaradır.Amma qəlbiniz elə dərindən yaralanmışdır ki,heç bunun fərqinə də varmırsınız.Sanki qəlbinizə bir bıçaq saplanmış kimi...Hər hərəkət etdiyinizdə o da hərəkət edərək daha dərinlərə doğru irəliləyir.
Sizi tərk edib gedən insanları xatırladığınızda onunla qarşılaşdığınız günə,onun üçün etdiklərinizə,sərf etdiyiniz zamana,layiq olmayanı dəyərləndirdiyinizə heyfiniz gəlir.Əslində ən yaxşı çıxış yolunun onu unutmaq olduğunu bilə-bilə,məhz bunu unutmağınızdır.Unutmaq sözün əsl mənasında öz seçiminiz və daxilinizdən gələn səsdir.
Bütün olanlar sizi elə incidir ki...İnsanlara güvəniniz də itir.Bəzən yaşamaq da mənasız gəlir sizə.O zamana qədər ki,daxili aləminizdəki küskünlüklə barışıb,unutmağa qərar verəsiniz.Hər necə olursa olsun unutmaq ya unudulmaq-hər iki hissin yaşantısı çox acı verir insana.Çətin də olsa vurulan zərbələr,qəlbinizdəki yara zamanla üzəri qaysaqlanır.
Bu həyatda hər şey unudulur.Və sən zamanla hər şeyi unudursan.
Seçim elə çətindir ki...elə qəlbağrıdıcı bir sualdır ki...nəyi seçəcəyini və nə cavab verəcəyini özün də bilmirsən.
Unutmaqmı ya unudulmaqmı? Sizcə hansı daha acıdır?Hansı hiss qəlbə daha çox sıxıntı yaşadır?Hansını qəbul etməkdə daha cətinlik çəkirsiniz? Heç düşündünüzmü? Bu iki hissdən hansını həyatda seçmək məcburiyyətində qaldınız?