Avstriyanın Grasse Universitetinin tibb işçiləri ilin fəsillərinin romantik münasibətlərə təsirini araşdıraraq ayları cədvəldə sıralayıblar. Statistik məlumatları bir yerə toplamaqla müəyyən olunub ki, romantik münasibətlərin ən güclü inkişaf etdiyi ay avqustdur. Dekabr ayı bu şkalada yalnız 4-cü yeri tutmaqla kifayətlənir.
Alimlər düşünür ki, bunun səbəbi günəş şüalarının yerə düşmə bucağının dərəcəsi ilə müəyyən olunur. Belə ki, günəşin düşmə dərəcəsindən asılı olaraq orqanizmdə hormonların miqdarında dəyişikliklər olur ki, hormon miqdarı da seksual münasibətlərə birbaşa təsir edir. Günəş şüaları serotonin, dopamin və eləcə də testesteron hormonlarının aktivliyini artırır. Kişi hormonu olan testesteron isə hətta 30% artmış olur. Buna səbəb qanda D vitaminin artmasıdır. Nəzərə almaq lazımdır ki, D vitamini məhz günəş şüalarının təsiri nəticəsində əmələ gəlir.
Alimlərin başqa bir fərziyyəsi də var. Belə ki, seksuallığın və xoşbəxtliyin artması az paltar geyinməklə də əlaqədardır. Yay aylarında paltarların azlığı və nazikliyi də kişilərdə hormon balansının dəyişməsinə səbəb olur. Bu münasibətlərin inkişafına təsir edən başqa bir fakt da cütlüklərin birlikdə istirahətə getməsi və daha çox birlikdə vaxt keçirməsilə bağlıdır.
Alimlər ayları bu cur qruplaşdırıblar:
1. Avqust
2. İyul
3. May
4. Dekabr
5. Sentyabr
6. Aprel
7. Oktyabr
8. Mart
9. Yanvar
10. Noyabr
11. İyun
12. Fevral
Maraqlıdır ki, sevgililər ayı sayılan fevral cədvəldə sonuncu yerdə qərarlaşıb. Sentyabrın 4-cü yerdə qərarlaşmasına səbəb isə romantik yaydan sonra yenidən ağır iş rejiminin başlanmasıdır.
İlin hansı fəsli və ya ayı olmasından asılı olmayaraq, hər zaman romantik münasibətlərin yaranması üçün bəhanələr axtarıb tapmaq lazımdır ki, günəş şüalarının kişi hormonunu artırdığı vaxtlarda da yanında yalnız "sizi" görsün!