Bəzən gənclər öz aralarında söhbətləşərkən arzularından danışırlar.Bəzisi oxuduqdan sonra işləmək istəməsindən,bəzisi hansısa ölkəni gəzmək istəməsindən,kimisi xöşbəxt ailə sahibi olmaq istəməsindən,kimisi isə fikirə dalaraq öz xəyallarında canlandırdığı ağ atlı şahzadəsi ilə qarşılaşmaq istəməsindən danışır.Hər birmizin ürəyində arzularmız var və biz o arzuların nə vaxtsa gerçəkləşacəyi ümüdü ilə yaşayırıq.Bütün bunlar təbiidi,əlbətdə ki,hərkəs hansısa işə sahib olmaq üçün oxuyub əziyyət çəkir,kiminsə hansısa bir ölkəni gəzmək yaxud yaşamaq istəməsi buda təbiidir.Bütün gənclərin müəyyən yetkinlik yaş dövrü var ki,o dövr çatanda onlar ailə qururlar.Bəs görəsən onların xəyyalarında canlandırdıqları"ağ atlı şahzadə" həqiqətən varmı?Yoxsa bu sadəcə nağıllardan götürülmüş bir xəyaldır.Maraqlıdı:əlbətdə,hər bir qız istəyə rki,sevib-sevilsin,nağıllarda olan qəhraman, yaxud ağ atlı şahzadə qarşısına çıxıb onu sevsin,qorusun,məhz onun üçün yaşasın.Biz özümüzə o qədər müasir,avropalaşmış demişik ki,artıq hərşeyi avropa sayağı edirik.Daha qızlar əvvəllər olduğu kimi illərlə sevgili yolu gözləmir,oğlanlarmız isə sevirsən sev,sevmirsən nə çox qız deyib keçirlər.Həyatımızda sanki hərşey adiləşib,cılızlaşıb.Sevgi,məhəbbət,ağ atlı şahzadələr,sadəcə oxuduğmuz əsəsrlərdə,roman və nağıllarda qalıb.O "ağ atlı şahzadə"lər indi xarici maşınlarda gəzən qaqaşlara çevrilib.Onlar sevdiklərini ağ atlarında deyil,bahalı markası olan maşınlarında gəzdirir.Bir sözlə "ağ atlı şahazadə"lərmiz yoxdu...Onlar bizim sadəcə xəyallarmızda canlandırdığmız qəhraman obrazlarıdır.Lakin bu bizim bu günkü real həyatımızdı və biz realıqla barışmalıyıq.Amma çalışmalıyıq ki,öz həyatmızı kimlərəsə baxıb yaşamayaq,öz ağlımızla, bildiymiz kimi yaşayaq.Həyatmızı quraq,yalnız gerçəklər üzərində...