Qadin.NET / Sevgi ve eqoizm

Sevgi ve eqoizm

Sevgi ve eqoizm

Sevgi - ölməz, əbədi bir hissdir.

Eqoizm - özünü sevmək, ətrafındakılara dəyər verməməkdir. 

Sevgi hər şeydən əvvəl xüsusi bir varlığın "səbəb olduğu" bir duyğu deyil, insanda yalnız müəyyən bir "varlığın" həyata keçirdiyi asan ölməyən bir duyğudur. Nifrət ehtiraslı yox etmə arzusudur. Sevgi isə bir varlığın ehtirasla təsdiqlənməsidir. Sevgi bir "təsir" deyil, məqsədi xoşbəxtlik olan, varlığın inkişafı və azadlığı olan həsrətdir. 

Əhəmiyyətli olan məqam budur ki, müəyyən bir varlığa qarşı hiss edilən, duyulan sevgi bir insanın içində var olan başqa bir insana qarşı sevginin həyat tapmasıdır. Romantik sevgidə olduğu kimi insanın dünyada sevəcəyi yalnız bir insanın ola biləcəyi, həmin insanı tapmanın həyatın ən böyük fürsəti olduğu və insanın sevməsinin bütün digər insanlardan uzaqlaşması ilə nəticələnəcəyi doğru deyil. Tək bir nəfərlə yaşaya biləcək sevgi bu xüsusiyyətinə görə sevgi deyil, sadəcə bir bağlılıqdır.

Sevgi ve eqoizm

Birini sevmək bütün insanları sevmək mənasını verir. Konkret fərdlərlə əlaqə nəticəsində yaranan, amma insanları sevmək, müəyyən bir adamı sevmənin ön şərtidir. Bundan bu nəticə çıxır: ilk əvvəl mənim özüm eynilə bir başqa adam qədər mənim sevgimin obyekti ola bilər. Öz həyatımın, xoşbəxtliyimin, inkişafımın və azadlığımın təsdiqlənməsi basqalarını sevməkdən əmələ gəlir. Fərdə qarşı bu hazır olma vəziyyəti varsa, özünə qarşı da vardır: əgər yalnız başqalarını "sevə bilirsə", sevmə hissini heç reallaşdıra bilmir deməkdir.

Sevgi ve eqoizm

Eqoizm özünü sevmək deyil, kobudluğun bir növüdür. Bütün kobudluqlar kimi bu da doymaq bilməmək mənasını verir. Bunun nəticəsi olaraq heç bir zaman gerçək doyma hissinə çatmaq mümkün olmaz. Kobudluq hər hansı bir ehtiyacı doyurmaq üçün insandan sonsuz səylərlə istifadə edən dibsiz bir quyudur. Müşahidələr eqoist adamın daim qayğı içində ancaq özüylə maraqlandığını, heç bir zaman doymadığını, daim narahat olduğunu, hər vaxt kifayətlənməmək qorxusuyla, nələrisə əldən vermək, nələrdənsə məhrum olmaq qorxusuyla hərəkət etdiyini göstərmişdir. Daha çoxuna sahib ola biləcək hər hansı bir insanı qısqanma duyğusuyla yanmaqdadır.

Sevgi ve eqoizm

Qarışıq kimi görünən bu məsələni həll etmək asandır. Eqoizm özünü bəyənməməkdən, özündən məmnun olmamaqdan qaynaqlanır. Özündən məmnun olmayan, özünü təsdiqləməyən adam davamlı olaraq öz mənliyi ilə əlaqədar bir qayğı içindədir. Təhlükəsizlik və doyma duyğularından məhrum olduğundan daim özü ilə maraqlanmalı, hər şeyin özünün olması acgözlüyünü yaşamalıdır. Xaricdən bu kəslər özlərinə müdhiş dərəcədə aşiq olmuş kimi görünür, amma əslində özlərindən çox xoşlanmazlar. Freyd eqoist adamın sevgisini başqalarından çəkib özünə yönəltdiyinə işarə etmişdir. Bu cümlənin ilk qisimi doğrudur, amma ikinci hissəsi səhvdir. Belə bir adam nə başqalarını, nə də özünü sevər.

5 dekabr 2013
GO BACK