Ürəyimin dərinliyində,canımın içində,gözümün bəbəyindəsən.Sən hər zaman mənim fikrimdəsən,bunu unutma.
Sən bir rəssamın ilk əsəri qədər özəl,bir dustağın söylədiyi azadlıq nəğməsi qədər dəyərli və mənim sahib olacağım ən dəyərli insansan.
Bir mahnı vardı dinlərkən ağlatan,bir .şer vardı sevgini anlatan,bir Leyli vardı Məcnunu arayan,bir də Mən varam Sevdiyini heç unutmayan.
Sevgini ölüm bitirir deyirlər.Mənim sevgim ölümlə bitməz.Mən səni ruhumla sevdim.Ruhlar əsla ölməz
Dünən ulduzlara səndən bəhs etdim.Səni anlatdıqca daha çox parlamağa başladılar.Amma bir-birimizdən çox uzaqdayıq dedim.Mən səni çox özlədim.
Keçir xəyallarım sənin izinlə.Sən ayla,günəşlə tən görünürsən.Dünyaya baxıram sənin gözünlə,hər zaman gözümə sən görünürsən.
Bu gecə yuxuna gələcəm.Bilirəm,sevinəcəksən.Sən məni bir damla sev,özün dünya qədər seviləcəksən.
Bu ömür kitabımda belə bir səhifə var-səninlə kecən günlər.Yaşadığım həyat səni sevdiyim gündən başlayıb.Unutma ki,yaşadığım həyatda ilk və tək sevdiyimsən
Hər aya baxdığında məni xatırla.Gözlərin ulduzlara dikilərsə,gözlərinə baxdığımı unutma.Ovucuna bir yarpaq düşərsə,əllərimdir-onu əsla buraxma.
Ağac tək həyatın budaqlarından,Sevgilim,qismətimiz xoşbəxtlik olsun.Arzum budur ki,uca Tanrıdan Sən ve Mən adli dunya qurulsun.
Bəlkə də zamanında yazmamışam.Bəlkə də rahatsız edirəm.Amma məqsədim bu deyil.Mən sadəcə səni unutmadığımı xatırlatmaq istəyirəm.
Qaranlıq dünyam-dərdlər və mən.Aglımdakı tək düşüncəm-xoşbəxtlik və sən.
Bu səhər doğan günəş qədər günün aydın olsun aşkım.Sənin mənim olduğumu bilmək dünyalara dəyər.Səni çooooooooox sevirəm.
Mesajı yazıram,hava qaralır.Günəşin yerini ulduz,ay alır.Yazıb qurtardıgım aylı gecədir.Görəsən aşkımın halı necədir?
Yarpaqlar titrəsə bil ki, səsimdi.Səslənirəm sənə var ol,əzizim.Sənin var olmağın mənim bəsimdi.Elə varlığınçün sağ ol əzizim.
Qar göydən doyar qış bəhanədir.Günəş aydan küsər,gecə bəhanədir,Yarpaq ağacdan bezər,payız bəhanədir.Ürəyim səni istər,mesaj bəhanədir.
Qərib bir gecədə,səndən uzaqda,ürəyim həsrətli nəfəs kimidir.Sənsiz tənha qalmış,sızlayır qəlbim.Darıxır hər tərəf qəfəs kimidir.