Sadəcə aşiq olmaq ömür boyu aşiq olmaq anlamına gəlməz,
qarşınızdakı adam ilə ömür boyu bir yastığa baş qoymaq
istəyirsinizsə özünüzə bu sualları verin.
1.Ortaq məqsədiniz varmı?
Evlənəcəyiniz insanla birlikdə olduğunuz müddətdə necə vaxt keçirmək istəyirsiniz?
Məsələn,onunla sadəcə səyahət edəb,yemək yeməyimi və ya gəzməyimi?Təbii ki,həyat təkcə bunları etməklə keçmir.Bunlardan daha dərin və daha mənalı şeyləri bölüşməlisiniz.
2.Ona inanırsınızmı?
Bu sual münasibətlərinizin necəliyi ilə doğrudan doğruya bağlıdır.Siz evlənəcəyiniz adama duyğularınızı və fikirlərinizi sərbəst şəkildə bölüşücək qədər inanırsınızmı? Bu suala cavab verərkən özünüzə qarşı dürüst olun.
3.Onu yaxşı tanıyırsınızmı?
İki ceşit insan vardır: Birincisi özünün inkişafina diqqət edən,ikincisi sadəcə rahatını düşünən.Rahatına bağlı olanlar maddi tərəfə daha çox fikir verərlər.Evlənəcəyinizi düşündüyünüz adamın həyatdakı durumuna cox diqqət edin.
4.Başqa insanlarla necə rəftar edir?
Sevdiyiniz adam ətrafdakı insanlarla bir şeylər bölüşməkdən zövq alırmı? Yoxsa,əksinə onların yanında özünə qapanırmı?Dostları və ailəsi ilə maddi-mənəvi şeyləri paylaşmaqdan qaçan adam Sizin üçün də eyni hərəkətləri sərgiləyə bilər.Ona görə də yanında olduğunuz müddətdə onun davranışlarını yaxşıca incələyin.Unutmayın,başqalarına pis davranan birisi, bir gün Sizlə də belə rəftar edəcəkdir.