Qadin.NET / Günahsız sevgi

Günahsız sevgi

Bu hekayə iki gunahsız gəncin sevgisindən sevə-sevə vaz keçməsidir

Günahsız sevgi

 

Günel Xaliqlə tanış olanda 19 yaşında idi. Həyatın qoynuna yeni yeni atılırdı, həyatı yeni yeni dərk edirdi.Xaliqdə 20 yaşında tibb universitetinin tələbəsi idi.Bu sevgini qığılcımı təzə təzə parlarkən Gunel Xaliqə demişdi.

Bax Xaliq mən iki günlük əylənəncək qız deyiləm, əgər niyətin ciddi deyilsə özünə başqa qurban tap, çünkü mənim ilk məhəbbətim olmayıb.Mən hələ ümüdümü xəyallarımı sənlə qurmamışkən sənə bağlanmamışkən yaxşı düşün sonradan gunahsız qızın həyatını məhv etmiş olmayasan.

Xaliq:Nə danışırsan mən  səni həqiqətən sevirəm fikrimdə ciddidir mən səndən heç bir zaman vaz keçə bilmərəm.

bir neçə ay keçəndən sonra Günel evdə anasına söyləyir, anasıda mən sənə güvənirəm xoşbəxt ol demişdi.Zaman keçdikcə bu iki gənc bir birinə dahada bağlandılar dahada sevgiləri böyüdü.arzuları dərdləri sevinc və kədərləri bir oldu.iki dost kimi sirdaş iki aşiq  kimi bir birilərini saf məhəbbət ilə sevdilər.zaman keçirdi onları tanıyan nişanlarını soruşurdu.bir gün Xaliq Günelin xalasının yanına gedib dedi.

Xanım mən sizin qızınızı sevirəm və sizə iki il universitetin bitməsini və sonra nişan edəcəymi söz verirəm xahiş edirəm mənə inanın və bu zamanı mənə verin.Xalam onu çox təmiz, ciddi, saf bir uşağa bənzətdi və razı oldu.Bütün tibb universiteti Xaliqin Güneli necə sevməsindən danışırdı, dərsdə oturub Günelin ad gününə öz əlləri ilə hədiyyə düzəldirdi.Bütün sevənlər üçün sevdiyinin əlləriylə düzəlmiş hədiyyə ürəyincə olar.....zaman keçirdi hər nağılda hər hekayədə, hər sevgidə olduğu kimi bu sevgidəndə qara buludlar gəlməyə başladı qəflədən Xaliq Güneldən uzaqlaşmağa başladı zənglər görüşlər azaldı.

Günel nəsə var olduğunu bilirdi amma Xaliqin özü deməsini gözləyirdi.Bir gecə Xaliq Günelə telefon edir....

XALİQ:salam həyatım

Günel:salam

Xaliq:səni necə sevdiyimi bilirsən

Günel :hə bilirəm

Xaliq:mən səndən Heç zaman ayrıla bilmərəm.sən mənim hər şeyimsən nə olur olsun mənə söz ver ki məndən ayrılmayacaqsan

Günel:Heyatım nə olub sənə, niyə ayrılım ki?

Xaliq:mən səndən vaz keçmərəm

Günel:əgər nəsə olubsa de mən səni başa düşərəm.

Xaliq:Həyatım yalvarıram məndən ayrılma nə olur olsun

Günel:niyə belə deyirsən mütləq bir səbəb olmalıdır

Xaliq:amma mənə söz verki məni başa düşəcəksən məni tərk etməyəcəksən mənim sənə ehtiyacim var

Günel:söz! de!

Xaliq:Qardaşımın qızı olub

Günel:nə gözəl xəbər

Xaliq:amma anamgili qoymur gəlin nəvəsini görsün atamgil pərişan olublar.qardaşım arada qalıb.

Günel:hər şey düzələr amma bunu bizə nə aydiyyəti var ki

Xaliq:həyatım nə olur olsun mənə Güvən.atam mənə deyir səndən ayrılım qohum alım yoxsa məni oğulluqdan siləcək.

Günel:sən nə deyirsən

Xaliq:mən yox deyirəm mən sevdiyim var dedim

Günel:bu barədə mən sənə heç nə deyəmmərəm səni valideynlə seçimə qoymaram lazımdısa mən indi hazıram ayrılığa

Xaliq:nə danışırsan mən səndən ayrılmaram heç vaxt sən mənim aldığım nəfəssən sən mənim yaşama səbəbimsən mənə söz verdin inciməyəcəksən məndən ayrılmayacaqsan

Günel:Xaliq nə qədər adım çıxmayıb, nə qədər hər şey dərinə getməyib gəl dönək bu yoldan onlar sənin ailəndi mən səni onlarla üz üzə qoyammaram

Xaliq:sənə yalvarıram elə demə hər şey düzələcək yalvarıram getmə mənə zaman ver

Günel:həyatım get yat amma dediklərimi düşün

Xali:yox mən ölərəm səndən ayrılmaram ailəm gec tez razılaşacaq

Günel:xaliq problem məndədir

Xaliq:yox həyatım prablem mənim qardaşımın xanımındadır. atamgil qorxur ikinci gəlində helə ola.sənə danışdım rahatlaşdım sən məndən ayrılma

Günel:bu gün ayrılırsansa ayrıl mən sənə haqqımı halal edəcəm yox ayrılmırsansa gəlib daha mənim ümüdlərimi xəyallarımı sındırma

Xaliq:mən səndən vaz keçmərəm.

Ardı var...

30 oktyabr 2010
GO BACK