Qadin.NET / Gerçək eşqin xüsusiyyətləri

Gerçək eşqin xüsusiyyətləri

 

Gerçək eşqin xüsusiyyətləri

 

Gerçək eşq də qarşılıqlı sevmək və sevilmək birlikdə olmaqdır. Ağıl və duyğu birlikdə işləyər, sevilən adam ya da həyat yoldaşını gerçək bir tanış olma və məlumat təcrübəsindən sonra ortaya çıxar. Gerçək eşq, tərəflərin eşqi verməsini və ya almasini öyrənmələrini, qarşısındakı adamın ehtiyaclarını və şəxsiyyətini özününki qədər əhəmiyyətli olduğunu qavramalarını, şiddət, məcbur etmə və istismardan qətiliklə qaçınmalarını tələb edir.  Gerçək eşqdə tərəflər bir-birlərinin mənliyini ucaltmaq və həyatlarını zənginləşdirib rəngləndirmək istəyərlər.  Eşq mövzusunda məşğul olanlar gerçək eşqi təyin edən 4 əhəmiyyətli xüsusiyyət ortaya qoymuşlar. Bunlar aşağıda əlamətlərdir:                                                                                                                          

1) Gerçək eşq tərəflərin qarşılıqlı " simpatiya " anlayışını göstərir. Sevən kimsə, sevdiyi adamın duyğu və həyatlarını anlar və paylaşar.                                                   

2) Sevən kimsə, sevilənin yaxşılıq, xoşbəxtlik və inkişafı ilə dərindən maraqlanar.                                                                                                                   

3) Sevən kimsə, öz imkanlarını və qaynaqlarını sevilən adamın yaxşılıq, xoşbəxtlik və inkişafını təmin edəcək bütün səylərə geniş mənada qatılar, ancaq, onun mənlik bütünlüyünü, davranış müstəqilliyini əsla məhdudlaşdırmaz hörmət edər.                                                                                                                              

4) Sevən kimsə, öz imkanlarını və qaynaqlarını sevilən adamın yaxşılıq, xoşbəxtlik və inkişafı üçün təqdim etməkdən böyük həzz alar.  Görülür gerçək eşqdə empati, başqalarını sevmək, məlumat, anlayış, qəbul və hörmət vardır.  Sevmə qabiliyyəti doğuşdan gələn bir xüsusiyyət deyil, yəni öyrənilir.   Bəs sizcə,belədirmi?

27 oktyabr 2010
GO BACK