Qadin.NET / Ayrılıq

Ayrılıq



Ayrılıq

 


Geyinib evdən çıxdı .Qəti qərara gəlmişdi hər şeyi deyəcəkdi.Tamamilə başqa-başqa adamlar olduqlarnı söyləyəcəkdi.Bu onların son görüşü olmalıydı.Həmişə görüşdükləri kafeyə gəldi .Həmişəki kimi oturub onu gözləyirdi .Oğlanı görcək əl edib cağırdı .Oturdular .Qız yenə danışıb –gülür dil boğaza qoymurdu. Birdən oğlandakı dəyişikliyi hiss etdi nə olub sevgilim .Oğlan azca duruxub dedi: Biz ayrılmalıyıq .Niyə -nədən təzə sevgilinmi var ,məndən çoxmu gözəldir? 

Yox heç bir sevgilim yoxdur ,mən ancaq səni sevmişəm səndən başqada heç kəsi sevməyəcəyimə əmin ola bilərsən .Bəs səbəb nədir mən sənə nə etdimki.Yadındadı mənə heç vaxt sevgi şerləri oxumamısan ,mən hər gün sənə məhəbbət dolu şer oxuyuram sənsə əhəmiyyət belə vermirsən .Mən keçən dəfə telefonda sənə gözəl bir şer oxumaq istədim ,sənsə qoy qalsın indi şer vaxtı deyil dedin.Sonra heç o necə şerdi deyə sormadında.Ola bilər mən o qədər də duyqusal deyiləm ,ama bu ayrılmağımıza səbəb olmazkı.Doğru deyirsən yadındadı keçən ay xəstələnmişdim ,dostlarım zarafatla belə sevgilin var baxacaq deyəndə sən ,mən xəstəyə baxan deyiləm anası baxsın dedin.Artıq qızın göz yaşları sözünə baxmırdı .Olsun ayrılaq dedi ,sənə xöşbəxtlik arzulayıram .Ayağa durdular son kəs bərk-bərk sarılıb ayrıldılar .Tez kafeni tərk edən oğlan dərindən nəfəs aldı

Evə gəlib o gündən qalan rakıdan içib ,elə paltarlı özünü çarpayının üstünə saldı.Səhər saatın zənginə oyandı ,başı bərk ağrıyırdı.Telefona baxdı 1sms və 11 cavabsız zəng .Açıb baxdı hamısı qızdan idi .SMSdə belə yazırdı :-Sevgilim sənin gözünə baxmağım sənə sevirəm deməyim sənin eşqinlə yatıb ,sən deyə oyanmağım şer deyildimi? Tez qızın nömrəsini yığıb gözlədi ,telefondan başqa qadın cavab verdi .Kimsən deyə qadından soruşdu ,Ağlayan qadın səsi mən həmin qızın anasıyam dedi.Tez qızı soruşdu .Dünən evə gəldi ,otağına çəkildi ,elə hey ağlaya-ağlaya kiminsə nömrəsini yığırdı .Səhər saat 6 da oyananda otağının işığının yandığını gördüm ,qapını açanda özünü asdığını gördüm .

3 aydan sonra xəstəxanada 2 həkim danışırdı.Bu elə hey kiminsə nömrəsini yığır ,görən həmin kəs niyə bunun yanına bir dəfədə olsun gəlmir.Həmin nömrənin sahibi 3 ay bundan qabaq ölmüş bir qızdı .Bunun kim olduğunu bilmirəm amma qızın çox duyğusal olduğunu yazdığı sms dən bildim .

 

21 oktyabr 2010
GO BACK