Qadin.NET / Bir dua,bir sevgi

Bir dua,bir sevgi

Bir dua,bir sevgi


Mozes Mendelson çox yaraşıqlı adam deyildiş Üstəlik, həm qozbel, həm də qısaboy idi. Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi. Bu ticarətçinin Fromet adli çox gözəl bir qızı va idi. Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu...Ancaq Mozes bu gözəl qız üçün çox çirkin idi. Buna görə də nəinki onun sevgisinə cavab vermir, hətta üzünə belə baxmaq istəmirdi.
Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi. Ancaq qızın hələ də başını qaldırıb onun üzünə baxmaması Mozesi çox məyus etdi. Nəhayət, çirkin aşiq gözəl qızdan: "Evliliyin bir tale işi olduğuna inanırsınızmı?" - deyə soruşdu. "Əlbəttə!..." - gözəl qız cavab verdi. "Bəs siz? Bəs siz necə inanırsınızmı?..." Bu dəfə sualı verən gözəl qız idi. O hələ də başını qaldırmamışdı. Mozes bir saniyə belə gözləmədən cavab verdi: "Əlbəttə! Mən də inanıram!" Və sözlərinə belə davam etdi: "Bilirsinizmi, anam bir oğlan uşağı dünyaya gətirəcəyini hiss edəndə belə dua etmişdi: "Allahım, heç şübhəsiz mənimoğlum üçün taleyinə bir qız yazdın. Əgər oğlumun evlənəcəyi qızda bir şikəstlik olacaqsa, bu şikəstlik oğlumda qalsın, evlənəcəyi qız gözəl olsun. Çünki şikəst bir qadın, şikəst və çirkin bir kişidən daha dəhşətlidir". mozesin bu sözlərindən sonra Fromet gözlərini yerdən qaldırdı, diqqətlə üzünə baxdı və sonra əlini uzadıb onun əlindən tutdu. Və daha sonra Mozesin həyat yoldaşı oldu...

P.S. Bu, heç də adi bir nağıl deyil. Bu, məşhur alman bəstəkarı Feliks Mendelsonun babası ilə nənəsinin "eşq hekayəsi"dir...
Bir dua,bir sevgi
4 avqust 2010
GO BACK