Prof. Dr. İşıq, insanların dilə gətirə bilmədikləri duyğuların jest və mimikalarıyla aydın ola biləcəyini ifadə edərək, ictimai həyatda təsirli ünsiyyət qurulması üçün bədən dilinin yaxşı istifadə edilməsi lazım olduğunu bildirmişdir.
İşıq, "Eşq sözlərdən başqa, bədən diliylə ifadə edilə bilər. Sözsüz ünsiyyətin gücünü istifadə etmək, danışmaqdan çəkinənlərin və sevdiyi insana qarşı utancaq olanların baş vuracağı ən etibarlı yoldur" - deyib.
O həyəcanlanmanın aşiq olmanın işarəsi olduğunu, konsertlər, mitinqlər və lunaparklarda insanların həyəcan səviyyəsinin yüksəldiyini və ürək döyüntülərinin sürətləndiyini ifadə edərək, bu cür mühitlərdə yanınızdakı adama aşiq olma ehtimalının gücləndiyini söyləyib.
Eşqin gözlərə, üzə, əllərə və barmaqlara baxılaraq bir neçə saniyədə aydın ola biləcəyini ifadə edən İşık, "Aşiq olduğumuzda enerjimiz və həyəcanımız artar. Yuxusuzluq, hiperaktivlk və iştahsızlıq ortaya çıxar" - deyibdir.
"Qarşınızdakı adam sizə baxarkən göz bəbəkləri böyüyürsə bu, onun sizə maraq duyduğunun göstəricisidir" - deyən İşıq, belə davam etdi: - "Böyümüş göz bəbəkləri qarşı cinsə cazibədar gəlir. Qadınlar bir az da bu səbəblə gözlərini ön plana çıxarmaq istəyir".
Aşiqlərin saatlarla bir-birlərinin gözünün içinə baxması bir heyranlıq əlamətidir. Çünki aşiqlər, həyəcanla böyüyən göz bəbəklərinin cazibəsinə qapılır. Romantizm yaşayan adamın sol göz yuvası böyüyər. Sevgi və xoşbəxtlik vəziyyətində qaşlar sərbəst qalar, baxışlar dərinləşər və mehriban hala gələr. Eşqbazca bir gülüş əsnasında isə qaşlar çox qısa davamlı olaraq qalxıb enər. Aşiq bir adamın kirpikləri normaldan daha çox titrəməyə başlar. Romantik bir aşiq həyəcandan əllərini nəzarət etməkdə çətinlik çəkər. Əlini hara qoyacağına, nə edəcəyinə qərar verə bilməz. Qoluna, qıçına, qulağına toxunma ehtiyacı duyar. Üzdə səmimi və şirin bir ifadə meydana gələr, ətrafa gülüşlər saçar. Üz ifadələriylə - "yaxşı ki burada və səninləyəm" - deyər.