Əziz qadın.netlilər,deməli, eşqin 3 halı varmış və eşqin bu 3 halı müxtəlif duyğu orqanlarımız ilə əlaqədarmış. Bəs eşqin bu 3 halı hansılardır deyə, soruşacaq olsanız buyurun aşağıdakıları oxuyun.
Ağıl halı
"Ağlın yolu birdir" və sevdiyiniz insanı bu baxımdan seçmisinizsə, böyük ehtimalla ətrafınızdakı hər kəs bu eşqi təsdiqləmişdir. Nə də olsa o çox mədəni, tərbiyəli, yaraşıqlı, yaxşı da bir işi var, ən əhəmiyyətlisi də qadın ruhundan çox yaxşı anlayır. O tam bir qanadsız mələkdir. Əgər onun haqqında bu tərz düşüncələrə sahibsinizsə, eşqin “ ağıl yolunu ” izləmisiniz deməkdir. Onunla həqiqətən xoşbəxtsinizsə, heç bir problem yoxdur. Amma özünüzü onun müsbət xüsusiyyətlərini dayanmadan qulağınıza pıçıldayan məntiqinizə qapdırıb, əslində yanında heç həyəcanlanmadığınızı və hisslərinizin bir yoldaşınıza, dostunuza qarşı olan hisslərinizdən fərqli olmadığını hiss edirsinizsə, bu zaman irəlidə peşmanlıqlar yaşaya bilərsiniz.
Ürək halı
Ən klassik,amma ən məşhur eşq hekayəsi… Ürəyinizin yolunu izlədiyinizdə onu
" Mükəmməl" olaraq görmək istəsəniz də, əslində içinizdə onun qüsurlarını bilərsiniz. Hətta sizi çox narahat edən xüsusiyyətləri belə ola bilər, lakin bunlara baxmayaraq ondan heç cür imtina edə bilməzsiniz. Gerçək eşq budurmu bilinməz, amma sevən sevdiyini hər halı ilə sevər. Hər insanın müsbət xüsusiyyətləri ilə yanaşı,az da olsa kiçik mənfi xüsusiyyətləri ola bilər.
Əsas odur ki bir-birinizə qarşı sevgi və hörmətlə yanaşasınız.
İnstinkt halı
Bu yolla yaşanan eşq, ümumiyyətlə çox tanımadığınız biri ilə yaşayacağınız növdən olan bir eşqdir. Onun haqqında heç bir şey bilməz, amma bir şəkildə sizin üçün yaradılmış olduğunu hiss edərsiniz. Bunu sizə hiss etdirən ürəyiniz olduğunu zənn edərsiniz, halbuki hisslərinizin qaynağı instinktlərinizdir. Bəzən haqlı çıxar və gözəl bir əlaqəyə addım atarsınız, bəzən isə böyük bir peşmançılığa uğrayarsınız. İnstinktlər yanıldıcıdır və eşqin bu halını seçən yanılmağı da gözə almalıdır.
Əziz Qadın.netlilər, bəs sizcə sizin sevginiz eşqin hansı halına uyğundur?