Qadin.NET / Xoşbəxt evlilik nədir?

Xoşbəxt evlilik nədir?

Xoşbəxt evliliyin sirləri

- Xoşbəxt evlilikdə güzəşt vardır. Hər səhvin arxasına düşməzlər. Cütlüklər bir-birinin xətalarını görməzdən gələr, bəzən də uyğun üsulla narahatlıqlarına ifadə edərlər.

- Xoşbəxt evlilikdə gülər üz vardır. Mizah olan ünsiyyət vardır. Bir-birini sevən cütlüklər, zarafatın altında nəsə axtarmaz. Evdə gülər üz olduğu müddət ərzində gərginlik olmaz. 

- Xoşbəxt evlilikdə intim əlaqə iki tərəfin də razılığı ilə olar. Güc və ya silaha çevrilməz. Cinsi əlaqə qarşılıqlı paylaşımdır. 

- Xoşbəxt evlilikdə cinsi əlaqənin forması yoxdur. Yoldaşlar özlərini rahat və güvəndə hiss edər. Qayğılarında təmizlənmiş, gizli qəzəblərin olmadığı zehinlərə görə cinsi əlaqədən daha çox zövq alarlar.

- Xoşbəxt evlilikdə darıxmaq var. Cütlüklər bir-biri üçün darıxar, görüşə bilmədikdə bir-birindən xəbərdar olarlar.

- Xoşbəxt evlilikdə cütlüklər, gün ərzində bir-biri ilə ünsiyyət qurmaq istəyərlər. Səsini eşitmək iki tərəfə də güvən və hüzur verər. Ünsiyyətin məqsədi sorğulanmaz. Yaşatdığı hissə diqqət cəmləyərlər.

- Cütlüklər bir-biri ilə maraqlanar. Gün ərzində nələr etdiklərinə, yemək yeyib yemədiyinə, yorulub yorulmadığı ilə maraqlanarlar.



9 sentyabr 2020
GO BACK