Qadin.NET / Yaponiyada evli cütlüklər niyə ayrı yataqlarda yatır?

Yaponiyada evli cütlüklər niyə ayrı yataqlarda yatır?


Fərqli cədvələ sahib olmaq

Yaponiyada evli cütlüklərin ayrı yataqda yatmasının bir səbəbi fərqli iş cədvəlinə sahib olmalarıdır. İş saatlarının fərqliliyi cütlüklərin yuxu keyfiyyətini aşağı sala bilir, fərqli saatlarda yatağa gələn tərəf digər tərəfin istirahətinə mane olur. Bu tərəfdən baxanda məntiqli qərardır. Beləliklə, kifayət qədər dincəlmiş olurlar.

Körpələr anaları ilə yatır
Yapon qadınlar uşaqları ilə birlikdə yatır, ata ya onlarla bir yatağı seçməlidir, ya da digər otağı. Alimlər valideynlərin körpələrlə birlikdə yatmasının iki tərəf üçün rahatladıcı olduğunu bildirir. Uşaqlarının temperaturu və ürək döyüntüsü nizamlanır. Uşaqda özünəinam formalaşır.

Ayrı yatmağın mənası sülhdür
Tək yatmağın boşanmaqla əlaqələndirənlərin əksinə yaponlar fərqli düşünür. Onlar yuxuya çox dəyər verirlər və yuxu zamanı narahat edilməyi sevmirlər.

28 iyul 2020
GO BACK