Qadin.NET / Evliliyin ən çətin və xoşbəxt illəri

Evliliyin ən çətin və xoşbəxt illəri

 3 il

Bir çoxuna görə eşqin ömrü 3 ildir. Bundan sonra cütlüklərin münasibəti daha az ideal olur. Bir münasibətdə 3 il keçdikdən sonra tərəflər yoldaşlarının zəif cəhətlərini daha çox görür və qəbul edir. Bu hal cütlüklərin daha rahat hiss etməsinə səbəb olur. Ailə həyatının 3-cü ilində gündəmə uşaq girə bilər, bu istək üçün normal dövrdür. Münasibətlər daha güclü hala gəlir. Evliliklərdən ən xoşbəxt ilin 3-cü il olduğuna inanırlar.

5 il

Evliliklərdə, həyat bağlı real problemlər adətən 5-ci ildə başlayır. Bu müddət ərzində ailədə uşaq varsa, hələ kiçikdir və baxıma ehtiyacı var. Bundan əlavə, iş, gündəlik işlər və ev işləri bir xeyli çətinləşməyə başlayır. Cütlüklər adətən 5-ci ildə və sonrasında boşanmağı düşünə bilirlər. Evlilikdə ən çətin olduğuna inanılan il 5-ci ildir.

7 il

Əgər cütlük 5 illik evlilikdən sonra hələ birlikdədirsə, qarşılarında atlamalı olduğu bir maneə var. Mütəxəssislərin "divar" olaraq adlandırdığı bu dövr 7-ci ildir. Bu ildə ailə həyatı monotonlaşmış hal alır. Cütlüklərin, evliliklərdəki ən qarmaşıq dövrü olan 7 ili keçməyi bacarsa, qarşılarında güclü və xoşbəxt evlilik olacaq.

Tərcümə: Ustaclı

12 iyul 2020
GO BACK