Qadin.NET / Qeyri-sağlam münasibətdə olduğunuzu göstərən işarələr

Qeyri-sağlam münasibətdə olduğunuzu göstərən işarələr

1. Böyük problemlər zamanı gözləntiləriniz bir-birindən yüzlərlə kilometr uzaqdır

Hangi restoranlara gedəcəyinizlə kimi kiçik problemləriniz varsa, məntiqli olan bunlara həll yolu tapmağınızdır. Amma ciddi mövzularla bağlı, evliliklə bağlı, münasibətlərdə cinsiyyət bərabərliyi, siyasi düşüncələrlə bağlı "həmişə problemləri həll etməyə çalışmaq" bir seçim deyil. Böyük mövzularda düşüncələriniz bir-birindən çox fərqlidirsə, bu sağlam münasibətə sahib olmadığınızı göstərir.

2. Bir-birinizi dəstəkləmirsiniz, uğurlarınıza qarşı güclü arzunuz yoxdur

Sağlam münasibətlərdə, hər iki tərəf bir-birilərini dəstəkləmək üçün qarşılıqlı və güclü istəyə sahib olurlar. Hər ikinizin də digər tərəf üçün fədakarlıq etmək istəyi olmalıdır. Sevdiyiniz xəstə olanda onun yanında olmursunuzsa, sağlam münasibətə sahib deyilsiniz. 

3. Bir-birinizə inanmırsınız

Qarşılıqlı inam şərtdir. İşdən sonra görüşməyi planlaşdırdığınız kafedə olacağına inanmaq, amma başqa mövzularda ona inanmamaq real inam deyil. İnam sonsuz olmalıdır. Qarşılıqlı güvən şərtdir.

27 iyul 2020
GO BACK