Qadin.NET / Uşaqların dilində "Sevgi" nədir?

Uşaqların dilində "Sevgi" nədir?


Bir dəstə professional 4-8 yaş arası uşaqlar arasında sorğu keçirib: "Sevgi nədir?" Aldıqları cavablar edilən təsəvvürdən belə, dərin və əhatəli olmuşdur. Özünüz mühakimə edin:


"Nənədə artrid başladığı zaman, o daha əyilə bilmədi və ayaq dırnaqlarını rəngləyə (lak vura) bilmədi. Bu zaman baba onun üçün bunu etməyə başladı - hər zaman, hətta özünün də, əllərində artrit başladığı zaman. Bu sevgidir". (Rebekka - 8 yaş)
"Kimsə səni sevirsə, o zaman o, xüsusi bir tərzdə sənin adını çəkir. Sadəcə bilirsən ki, sənin adın onun ağzında amandadır (təhlükəsizlikdədir)". (Billi - 4 yaş)

"Sevgi - o zamandır ki, qız ətirlənir, oğlan isə odekalonlanır və onlar görüşə gedərək, bir-birilərini iyləyirlər (ətirlərini duyurlar)". (Karl - 5 yaş)

"Sevgi - o zamandır ki, siz Makdonaldsda yeyirsiz və sən, onun özünkünü səninlə paylaşmağa məcbur etmədən, kiməsə katrof çöpünün böyük hissəsini verirsən". (Krissi - 6 yaş)

"Sevgi - o zamandır ki, hətta çox yorğun olsan belə , gülümsəyirsən". (Terri - 4 yaş)

"Sevgi - o zamandır ki, anam atam üçün kofe hazırlayır, sonra ona verməmişdən əvvəl, bir az axıdır ki, dadının yerində olmasına xatircəm olsun". (Denni - 7 yaş)

"Əgər sevməyi daha yaxşı öyrənmək istəyirsənsə, o zaman dözə bilmədiyin (zəhlən getdiyin) dostdan başlamaq lazımdır". (Nikka - 6 yaş)

"Sevgi - o zamandır ki, sən oğlana onun köynəyini bəyəndiyini deyirsən və o bundan sonra (həmin) köynəyi hər gün geyinir". (Noel - 7 yaş)

"Sevgi - o zamandır ki, ana toyuğun ən yaxşı yerini ataya verir". (İleyn - 5 yaş)

" Sevgi - qoca qarı və qoca kişi kimidir. Bir-birilərini çoxdan tanımaqlarına baxmayaraq, hər halda dostluq edirlər", (Tommi - 6 yaş)

"Konsertdə pianinoda ifa etməyimin gərəkli olduğu zaman, səhnəyə çıxdım və qorxdum ( mənə qorxulu gəldi). Zalda olan bütün insanlar mənə baxırdı, sonra atamı gördüm, o mənə təbəssüm edir və əl edirdi. Yalnız o edirdi bunu. Mənə daha qorxmurdum". (Sindi - 8 yaş)

"Anam məni hamıdan daha çox sevir. Məgər kimsə məni yatmamışdan əvvəl öpür?" (Klara - 6 yaş)

"Sevgi - o zamandır ki, atam evə tərli və pis qoxu verən halda gəldiyi zaman, anam buna baxmayaraq ona deyir ki, o Robert Redforddan da gözəldir". (Kris - 7 yaş)

"Bilirəm ki, mənim böyük bacım məni sevir, çünki, o mənə bütün köhnə paltarlarını verir, özü isə, yeni paltar almaq məcburiyyətində qalır". (Loren - 4 yaş)

"Kimisə sevdiyin zaman, sənin kipriklərin yuxarı-aşağı gedir və səndən kiçik ulduzlar uçuşur". (Karen - 7 yaş)

"Əgər düz deyilsə (yalandırsa) "Mən səni sevirəm" demək lazım deyil. Əgər bu doğrudursa - bunu tez-tez demək lazımdır. İnsanlar bunu unudurlar". (Cesika - 8 yaş)

Və sonda. Müəllif və lektor (mühazirəçi) Leo Buskaqliya bir dəfə münsiflik etməli olduğu yarışma haqqında danışırdı. Yarışmanın hədəfi ən çox məhəbbət bəsləyən (sevən) və qayğıkeş uşağı tapmaq idi. Qalib - qonşusu təzəlikcə həyat yoldaşını itirən qoca kişi olan 4 yaşlı oğlan uşağı oldu. Oğlan qoca kişinin ağladığını görüb, onun həyətinə gəlir və dizlərinin üzərinə qalxaraq sadəcə oturur. Daha sonra anası ondan, dayıya nə söylədiyini soruşduqda, oğlan cavab verir: "Heç nə. Mən sadəcə ona ağlamağına kömək edirdim".

Tərcümə: Fərid Abdullah
7 iyul 2020
GO BACK