- Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?
- Qısqanmaq? Nəyə əsasən?
- O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?
- Yox.
- Yəqin ki, məni sevmirsən.
- Başa düşmürsən, nə danışırsan.
Sevginin qısqanclıq və ya itirmək qorxusu ilə heç bir əlaqəsi yoxdur. Mən səni sevirəm, amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən - bu yaxşı bir hal olacaq. Bu elə həqiqət olacaq. Çünki, əgər sən qalsaydın, bu o demək olacaqdı ki, sən yalan danışırsan. Əgər getsən, bu sadəcə o anlamı daşıyacaq ki, biz bir-birimizə uyğun gəlmirik və sənin getməyin yaxşıdır. Çünki sən qalsan, mənə uyğun gələn birisinin yerini tutmuş olacaqsan. O kəs ki, mənə uyğun gəlir və məni tərk edib çıxıb getməyəcək. Nədənsə narahatçılıq hissi keçitmək lazım deyil. Hər şey hər zaman yaxşıdır.
- Sən elə əcaib tərzdə sevirsən ki... Elə bil ki, bağlanmağı heç bacarmırsan, qısqanmırsan...
- Sən hələ də anlamırsan ki, nə danışırsan. Sevginin bağlanmağa heç bir aidiyyatı yoxdur. Bağlanmaq və qısqanmaq - səni sevməmək deməkdir. Özünü kimdənsə pis hiss etmək, səni olduğun kimi heç kəs sevməyəcək deyə qorxmaq. Müqayisə etmək. Sən özünü heç kəslə müqayisə edə bilmirsən. Sən elə sənsən. Sənin şəxsi həyatın var. O sənə verilmişdir. Bu vergidir. Onu özünü başqaları ilə müqayisə etməyə xərcləmə. Bu yanlış fikirdir. Sən yalnız özünə baxmalısan. O zaman səhv etməyəcəksən. O zaman heç kəs getməyəcək, çünki sən dərhal bu insanın sənə uyğun gəlib-gəlmədiyini görəcəksən.
Tərcümə və tərtib etdi: Fərid Abdullah.