1. Ona kiçik qeydlər hazırlayın
Münasibətinizin monotonlaşmasını istəmirsinizsə, ona kiçik sürprizlər edin. Gün ərzində tapa biləcəyi yerlərə kiçik qeydlər yerləşdirin. Ona kiçik mesajlar buraxın.
2. O demədən ev işlərində kömək edin
Yoldaşınızın sevmədiyi ev işi varsa, onu edərək sevginizi göstərə bilərsiniz.
3. Evə gələndə mehriban formada qarşılayın
Yoldaşınız evə gələndə ona coşqulu formada "xoş gəldin" deyib, gülümsəyin. Onu sevdiyinizi və xoşbəxt olduğunuzu göstərməyin bir yoludur.
4. Gününün necə keçdiyini soruşun
Cütlüklər arasında ünsiyyət vacibdir. Sağlam münasibət üçün ünsiyyət şərtdir. Onun gününün necə keçdiyi ilə maraqlanın, onu həqiqətən dinləyin.