Qadin.NET / Qəlbini dinlə ümidlərinə sarıl

Qəlbini dinlə ümidlərinə sarıl

Qəlbini dinlə ümidlərinə sarıl

Qəlbini dinlə, Ümidlərinə sarıl.

Ümidlərinə sarıl...
Gözlərin Yaqub səbriylə seyr elədiyi bir mübarizə ilə qarşılasın sıxıntılarını...
Qəlbin quyularda ümidini diri tutan Yusifin çarəsizliyi ilə gözləsin qurtuluşunu...
Düşüncələrin namusuna susqunluq andları içmiş Məryəm qədər səssiz anlatsın məsumluğunu...
Gözləyişlərin Mədinədə Məhəmmədin (s.ə.s) gəlişini gözləyən insanların coşqusuyla qarşılasın vüsalını...

Düşüncələrinə sarıl...
Öz vicdanının hakimi, öz günahının tövbəçisi ol...
Öz çarəsizliyinin səbredəni, öz sıxıntının əlacı, öz dərdlərinin dərmanı ol...
Öz yalnızlığının dostu, öz cümlələrinin mənası, öz səssizliyinin səsi ol...

Qəlbinə sarıl...

Həyatın sənə verilən küçələrinə öz qarmaşıq duyğularını bağlı qapılar arxasında qoyaraq çıx...
Bütün yolların sonu səndə bitsin...
Ən çox da özün-özünə həsrət ol...
Aynada gördüyün üzün, qəlbindəki səndən başqası olmaması üçün həsrətlərinə sarıl...

Yol uzun, vaxt qısa...
Həyatın bütün pillələrindən ömrünün son anına qədər sağlamlıqla getmək istəyirsənsə, ən çox özünə sarıl...


Eləcə də baxa bilərsiniz:

8,5 yolla Onun qəlbini fəth et...

Onun sevdiyini necə müəyyən etmək olar?

Eşq haqqında gözəl sözlər
29 may 2010
GO BACK